Kerri Qarabağa görə yenidən Lavrova zəng edib

Kerri Qarabağa görə yenidən Lavrova zəng edib
ABŞ-ın dövlət katibi Con Kerri və Rusiya XİN başçısı Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri növbəti dəfə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

ANS PRESS-in məlumatına görə, Vaşinqton tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı rəsmilər Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti barədə fikir mübadiləsi aparıb.


ABŞ-dan İlham Əliyevə Qarabağ zəngi
Bundan başqa, Lavrov və Kerri telefon Suriyadakı vəziyyətin nizamlanmasına dair məsələləri müzakirə ediblər. Tərəflər həmçinin Fələstin-İsrail nizamlanmasını müzakirə ediblər.

Aprelin əvvəllərində baş vermiş Dörgünlük müharibədən sonra bu, Kerri və Lavrov arasında Qarabağ münaqişəsi ilə bağlı baş tutan 6-cı telefon danışığıdır.

Lavrov və Kerri arasında birinci telefon danışığı elə müharibə gedərkən – aprelin 4-də baş tutub. Söhbət zamanı hər iki ölkənin xarici siyasət idarəsinin rəhbəri Qarabağda gərginliyin artmasından ciddi narahat olduğunu bildirib və tərəfləri hərbi əməliyyatların dərhal dayandırmağa çağırıblar. Bu danışıqdan sonra aprelin 5-də Azərbaycan və Ermənistan arasında atəşkəsin bərpası barədə razılıq əldə olunub.


İlham Əliyev ABŞ-da səfərdədir
Növbəti telefon danışığı aprelin 16-da olub. Kerrinin təşəbbüsü ilə baş tutan danışıq zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Lakin Kerri – Lavrov danışığı barədə ətraflı məlumat verilməyib.

ABŞ və Rusiya rəsmiləri arasında üçüncü telefon danışığı aprelin 29-da olub. Bu dəfə də Dağlıq Qarabağ münaqişəsi müzakirə edilsə də telefon danışığının təfərrüatları barədə açıqlama verilməyib.

Dördüncü telefon danışığı isə mayın 2-də baş tutub. Bu dəfə də Qarabağ danışıqlarının təfsilatı ilə bağlı məlumat verilməyib.

Dağlıq Qaprabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr mayın 9-da da aparılıb. Həmin gün Lavrov və Kerri arasında baş tutan beşinci telefon danışığı zamanı ABŞ və Rusiya rəsmiləri hazırkı mərhələdə ATƏT-in Minsk Qrupunun atacağı mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.


Müharibədən sonra 4-cü Qarabağ zənginin bəzi təfərrüatları
Ümumiyyətlə, 4 günlük müharibədən sonra Birləşmiş Ştatlar münaqişənin həlli ilə bağlı səylərini artırıb. Kerri Lavrova zəng etməklə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi saxlayır.

Aprelin 25-də baş tutan telefon danışığı zamanı Kerri Əliyevə bildirib ki, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə riayət olunması və münaqişənin nizamlanması üçün danışıqlara başlamaq vacibdir.

Azərbaycan və Ermənistan arasında 4 günlük müharibə aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Erməni silahlı bölmələri bütün cəbhəboyu hücuma keçib. Azərbaycan Silahlı Qüvvələri əks həmlə ilə qarşı tərəfin ön müdafiə xəttini yararaq bir neçə kilometr irəliləyib və strateji yüksəklikləri işğaldan azad edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dövlət universitetləri təhsil haqqını artırır?
Dövlət universitetləri təhsil haqqını artırır? - VİDEO
Dövlət universitetləri özəl ali məktəblərdən fərqli olaraq, təhsil
Dəyanət Rzayevin intiharı ilə bağlı cinayət işinə xitam verildi
Dəyanət Rzayevin intiharı ilə bağlı cinayət işinə xitam verildi
Tanınmış psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı başlanmış cinayət işinə
Eksternat imtahanlarının nəticələri açıqlanıb
Eksternat imtahanlarının nəticələri açıqlanıb
Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.
reklam
Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanlayıb
Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanlayıb
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan
Bakıda avtoritet Yaşka Bakinski qətlə yetirilib
Bakıda avtoritet Yaşka Bakinski qətlə yetirilib
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1952-ci il təvəllüdlü
Almaniyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
Almaniyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer
 
XİA.az - TƏQDİMAT