Qaynatası ilə yatağa girən qadın - 8 yaşlı oğlunu öldürdü

Qaynatası ilə yatağa girən qadın















İtaliya mediası bu məhkəmə prosesini "ilin ən dəhşətli, ən əxlaqsız hadisəsi" kimi dəyərləndirir.

Cinayəti törətməkdə suçlanan qadın çox ciddi mühafizə olunan həbsxanaya, təkadamlıq kameraya yerləşdirilib. Polis bu qadının həbsxanada öldürüləcəyindən ehtiyatlanaraq onu sutkada 24 saat müşahidə edir.

Həmin qadın 2014-cü ilin noyabrın 9-da oğlunu boğaraq qətlə yetirmiş Veronika Panarellodur.

Olay Siciliya adasındakı Raquza bölgəsində, Santa Kroçe-Kamerina şəhərində baş verib.
Veronika Panarello iki il əvvəl, noyabrın 29-da polisə yollanaraq 8 yaşlı oğlu Loris Stivalın məktəbdən qayıtmadığını deyib.

"Həmişəki kimi, məktəbə getdim. Gözlədim, oğlum məktəbdən çıxmadı. Oğlum itib, yoxdur. Mənə kömək edin, oğlumu tapın!" - 32 yaşlı Veronika Panarello polis idarəsində hönkürür, yalvarır, qışqırırdı. Polis axtarışlara başlayıb.

1 gün sonra balaca Lorisin cəsədi şəhərin kənarındakı su kanalında tapılıb. Ekspertiza göstərdi ki, 8 yaşlı oğlanın boynuna elektrik kabeli salınıb və o, bu minvalla boğularaq öldürülüb.
Bir həftə sonra isə polis Veronika Panarellonu həbs edib. O, oğlunu qətlə yetirməkdə suçlanırdı.

İstintaq materiallarına görə, Veronika Panarello qaynatası Andrea Stivalla "eşq macərası" yaşayıb. Əri işə gedəndən sonra Veronika yataq otağında qaynatası ilə "birgə istirahət" edirmiş. Günlərin birində məktəbdən vaxtından tez dönən Loris anasını və babasını yataqda, cinsi əlaqədə olarkən görür.

Uşaq qışqıranda Veronika ilə qaynatası "ələ keçdikləri"ni anlayırlar.
Andrea Stivalın "məsləhət"i ilə Veronika oğlunu tutur, dəhlizdəki elektrik kabeli ilə boğaraq öldürür.
Sonra isə qaynata ilə gəlin uşağın cəsədini şəhər kənarındakı kanala atırlar.

Veronika Panarello 30 il müddətinə azadlıqdan məhrum olunub. Onun qaynatası A.Stivala hökm bu günlərdə oxunacaq.
Veronikanın artıq sabiq əri, onu ötən il boşamış şəxs şərh verməkdən boyun qaçırıb. (milli.az)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dünya gözəli seçilən iranlı aktrisalar
Dünya gözəli seçilən iranlı aktrisalar
45 yaşlı Niki Kərimi siyahıda 14-ci yeri tutub. Onun həmyerlisi 33 yaşlı
Moskvada Qarabağ danışıqlarının gizli
Moskvada Qarabağ danışıqlarının gizli - Detalları
Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə,
Ermənistan boşalır:
Ermənistan boşalır: - Ölkə əhalisi 13 min nəfər azaldı
2017-ci ilin yanvar-mart aylarında ölkədə yeni doğulan körpələrin sayı
reklam
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Dünən axşam saatlarında Ermənistan müdafiə bölmələri tərəfindən cəbhənin
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistan MTX-nın bundan əvvəl yaydığı məlumatda bildirirdi ki, üç özəl
Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb
XİA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən
 
XİA.az - TƏQDİMAT