Sabiq generalların vəzifədəki qohumları işdən qovulmalıdırmı?

Sabiq generalların vəzifədəki qohumları işdən qovulmalıdırmı?















Əyyub Kərimov: “1937-ci ildə yaşamırıq ki, kimisə kiminsə qohumu olduğu üçün cəzalandıraq”
“Harda yazılıb ki, qohum olmaq məsuliyyət yaradır?”

Son günlər ölkə mətbuatında ən çox müzakirə olunan məsələlərdən biri sabiq MTN generallarının hazırda müxtəlif vəzifələrdə təmsil olunan qohumlarının işdən uzaqlaşdırılması zərurətidir. Maraqlıdır, sabiq generalların vəzifədəki qohumları işdən qovulmalıdırmı? Doğrudanmı Eldar Mahmudovla, Akif Çovdarovla və digərləri ilə qohum olmaq məsuliyyət yaradır?
Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Əyyub Kərimov bu cür yanaşmanın yanlış və qeyri-qanuni olduğunu bildirib:
“Sabiq MTN generallarına qohum olmaq işdən qovulmaq üçün əsas deyil və əsas sayıla bilməz. Biz 37-ci ildə yaşamırıq ki, kiminsə xalq düşməninin qohumu olması üçün ona qarşı hansıa cəza xarakterli addımlar ataq. Biz 2016-cı ildə yaşayırıq. Əgər MTN generallarının hansısa qohumunun onlarla cinayət əlaqəsi varsa, olubsa, bu, tamam başqa məsələ. Ancaq kiminsə Çovdarovun, Eldar Mahmudovun qohumudur deyə vəzifədən kənarlaşdırılması düzgün deyil. Harda yazılıb ki, qohum olmaq məsuliyyət yaradır? Belə bir şey yoxdur. Qohum olmağı insan özü seçmir. Odur ki, kiminsə qohumuna görə cəzalandırılması, işdən qovulması, məsuliyytə cəlb edilməsi yolverilməzdir”

Seymur Əliyev

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanda universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycanda universitetin 5 dekanı işdən çıxarıldı
Azərbaycan Dillər Universitetinin (ADU) 5 dekanı vəzifəsindən azad olunub.
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 17-ə olan USD/AZN məzənnəsini
Azərbaycanda 14 gündə 19 nəfər intihar edib
Azərbaycanda 14 gündə 19 nəfər intihar edib
2017-ci ilin iki həftəsi ərazisində ölkədə intihar edənlərin statistikası
reklam
Cəbhədə silahlar susmur
Cəbhədə silahlar susmur
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Füzuli rayonunun
Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirilib
Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə,
Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
Zelandiyada turistlərin olduğu avtobus 10 m hündürlükdən dərəyə düşüb
Hadisə Tonqariro Milli Parkında baş verib. Avtobusda 14 turist və sürücü
 
XİA.az - TƏQDİMAT