"Sevgilim pul ödəməmək üçün anamı öldürüb" - "Qızıl Məryəm"in qızı

"Sevgilim pul ödəməmək üçün anamı öldürüb"
Bakı Ağır Cinayətlər Məhkəməsində “Jewellery” zinət əşyaları mağazasının sahibi, "Qızıl Məryəm" kimi tanınan Məryam Namet-zadə qətli ilə bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Günel Hüseynovanın sevgilisi olmuş Asim Məmmədov ifadə verib. Lent.az yazır ki, şahid Günel Hüseynova ilə münasibətindən danışıb. "Günelin vasitəsi ilə onun anası Məryəm Nemətzadəni tanıdım Öyrəndim ki, Günelin anası "Moskva" univermağında qızıl alveri ilə məşğul olur. Mən də ondan qızıl götürmüşəm. Bütün qızılların pulunu ödəmişəm. Onun ölümündən sonradan xəbər tutdum". Təqsirləndirilən Günel Hüseynova isə cinayətin törədilməsini Asim Məmmədov təşkil etdiyini deyib: "Asimlə olan münasibətimdən anamın xəbəri olub və mənim vasitəmlə anam onunla tanış olub. Asim də anamın "Moskva" univermağında qızıl alveri ilə məşğul olduğunu bilib. O, anamdan xeyli miqdarda qızıl götürüb. Amma qızılların pulunu ödəməyib. Buna görə də anamla Asim arasında tez-tez mübahisə yaranıb. Mübahisələri olsa da, Asim qızılların pulunu ödəməyib. Asim qızılların pulunu ödəməkdən yayınmaq üçün anamı qətlə yetirib".

Asim Məmmədov Günel Hüseynovanın yalan danışdığını, bu qətldən ümumiyyətlə xəbəri olmadığını deyib. Proses oktyabrın 24-də davam edəcək.

Qeyd edək ki, Təqsirləndirilənlərdən biri Məryam Nemət-zadənin öz qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərovdur.

Hadisə bu ilin yanvar ayında baş verib. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun rəsmi məlumatına görə, Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün “isti izlər”lə açılıb. Belə ki, yanvarın 5-də saat 09:00 radələrində 1965-ci il təvəllüdlü Namet-zadən Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü G.Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.

Rəşad VAQİFOĞLU

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT