Bakıda qumar oynayıb 168 min uddu və həbs edildi

Bakıda qumar oynayıb 168 min uddu və həbs edildi

Vergilər Nazirliyi tərəfindən keçirilmiş növbəti belə tədbir zamanı Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, 13 saylı evin yaxınlığında fərdi sahibkar İsmayılov Elyar İsrail oğluna məxsus obyektdə qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkar edilib.

Bu haqda Vergilər NazirliyininAnalitik-informasiya şöbəsindən Modern.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, E.İsmayılov "Bədən tərbiyəsi və idman haqqında” Qanunun və Nazirlər Kabinetinin "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları” haqqında Qərarının müvafiq maddələrinin tələblərini pozmaqla, 2015-ci ilin sentyabr ayından 2016-cı ilin noyabr ayınadək idman mərc oyunlarının təşkili nəticəsində 168 min manat, yəni külli miqdarda gəlir əldə edib.
Nəzarət tədbiri zamanı vergi xidməti əməkdaşlarının qanuni fəaliyyətinə mane olmağa cəhd göstərilib.
E.İsmayılova ittiham elan edilib və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar fakt Sabunçu rayonunun Nazim İsmayılov küçəsi, ev 241 ünvanda keçirilən operativ nəzarət tədbiri zamanı da aşkarlanıb. Həmin ünvanda fərdi sahibkar Babayev Nicat Mənsur oğluna məxsus obyektdə akkreditasiya olunmadan idman mərc oyunlarının keçirildiyi və bundan başqa, N.Babayevin həmin ünvanda aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 683,4 manat dəyərində alkoqollu içkiləri satış məqsədilə saxladığı da müəyyənləşdirilərək, qanunsuz saxlanılan alkoqollu içkilər və digər əşyalar maddi dəlil kimi götürülüb. Cinayət Məcəlləsinin 192-1.3.2 və 213-1.1-ci maddələri ilə cinayət işi
başlanaraq müvafiq qaydada istintaq aparılıb. İstintaq nəticəsində N.Babayevin akkreditasiya olunmadan 06.08.2016-cı il tarixdən 03.11.2016-cı il tarixədək futbol mərc oyunları təşkil etdiyi və külli miqdarda - 126 min 200 manat məbləğində gəlir əldə etdiyi təsdiqlənib. Hər iki fakt üzrə qanunvericlikdə nəzərdə tutulmuş tədbirlər davam etdirilir.
Vergilər Nazirliyi bir daha xatırladır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, yaxud xüsusi razılıq almadan həyata keçirilən sahibkarlıq fəaliyyəti inzibati və ya cinayət məsuliyyəti yaradır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT