Kəlbəcərli köçkünlər Prezidenti cənab İlham Əliyevə müraciyət etdilər



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri cənab Əli Həsənova
Azərbaycan Respublikasının Energetika Naziri cənab Natiq Əliyevə
“Azərenerji” ASC–nin Prezidenti cənab Etibar Pirverdiyevə
Goranboy rayon Elektrik Şəbəkəsinə

Azərbaycanın bütün kütləvi informasiya vasitələrinə

Goranboy rayon Qazanbulaq qəsəbəsində məskunlaşmış Kəlbəcər rayonundan olan bir qrup məcburu köçkün ailəsi tərəfindən



M Ü R A C İ Ə T
Hörmətli cənab Prezident!

Sizin uğurlu xarici və daxili siyasətiniz sayəsində ölkəmizin sosial-iqtisadi vəziyyəti günü-gündən yaxşılaşır, xalqımızın yaşayış səviyyəsi artır. Xüsusilə də qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində gördüyünüz işlər ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır. Biz bilirik ki, qaçqın və məcburi köçkün ailələri həmişə Sizin diqqət mərkəzində olmuşdur. On minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində gördüyünüz işlər bunun əyani sübutudur. Sizin 50 illik yubileyinizi məcburi köçkün ailləri ilə birgə qeyd etməyiniz bu diqqət və qayğının daha bir göstəricisidir. Sizin atdığınız bu addım bir daha sübut etdi ki, hər zaman məcburi köçkünlərin və qaçqınların qayğısına qalır, onlara diqqət göstərir, həyatının ən əziz günlərindən birini məcburi köçkünlərlə keçirirsiniz. Bu isə bütün xalqımız tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır. Biz əminik ki, Sizin vaxtınız olsa hər bir vətəndaşın problemi ilə ayrı-ayrılııqda tanış olub həll edərsiz. Siz bütün işlərinizdə vicdanla hərəkət edirsiniz və haqlı olaraq da bütün dövlət işçilərindən bunu tələb edirsiniz. Mətbuatdan dəfələrlə izləmişik ki, dövlət qurumlarının əməkdaşlarına göstərişlər verirsiniz, onların vətəndaşlara vicdanla xidmət etməli olduqlarını dönə-dönə qeyd edirsiz. Bu isə öz bəhrəsini verməkdədir. Sizin müvafiq tədbirləriniz sayəsində dövlət idarələrindəki boşluqlar getdikcə aradan qalxır. Lakin Goranboy rayon Elektrik Şəbəkəsi kimi bəzi idarələr hələdə öz qanunazidd əməllərini davam etdirməklə Sizin parlaq siyasətinizə kölgə salmağa davam edirlər, onlara tapşırdığınız işlərə əməl etmir, göstərişinizə məhəl qoymurlar.
Hörmətli cənab Prezident!
Bildiririk ki, 2015-ci il iyul ayının 14-də Goranboy rayon Elektrik Şəbəkəsinin işçiləri tərəfindən heç bir akt tərtib edilmədən bizim kohnə sayğaclar açıb yenisi ilə əvəz edilmişdir. 3 ay keçdikdən sonra, 12 oktyabr 2015-ci il tarixində hər bir istifadəçiyə (abonentə) 1500-2500 manat məbləğində borcu olması barədə bildiriş təqdim edilmişdir. Sual olunur: Əgər borcumuz var idisə, nə üçün sayğacı dəyişməmişdən qabaq bildirmirdiniz və yaxud elektrik verilişini dayandırmırdınız? Göründüyü kimi bu “borc” nə reallıqla nə də ki məntiqlə bir araya sığmır. Onu da bildiririk ki, yalnız məcburi köçkünlərə məxsus sayğaclar dəyişdirilmişdir. Halbuki, 2006-cı ildə yerli və köçkün ailələrinin sayğacı birlikdə dəyişdirilmişdi.
Goranboy rayon Elektrik Şəbəkəsinin özbaşınalığı bununla məhdudlaşmamışdır. Belə ki, Bəzi ailə başçılarının,həm də onların kiçik yaşlı uşaqlarının adına sayğac kodu açılmış və adlarına debitor borc və cərimələr yüklənmişdir. Məsələn, Xudaquluyev Nizami Aydın oğlu(ailə başçısı) sayğac kodu: 228750901000280. Onun 8(səkkiz)yaşlı oğlu: Xudaqulyev Adil Nizami oğlu sayğac kodu:2287500901000312; Allahverdiyev Sərfinaz Aydın qızı(ailə başçısı)sayğac kodu: 228750901000279. Onun 10(on) yaşlı oğlu:Allahveriyev Cəsur Zaur oğlu sayğac kodu: 228750901000311; Rəcəbov Mərdan İbrahim oğlu sayğac kodu:228750901000314. Rəcəbov İbrahim bəhmən oğlu sayğac kodu:228750901000287. Ayrı təsərüfat olmasına baxmayaraq Rəcəbov Mərdan atasına məxsus mənzilin bir otağında olur və ona məxsus sayğacdan istifadə edir. Bu faktı yerli icra nümayəndəliyi və qonşular təsdiq edə bilər. Özü isə 4 (dörd) nəfərdən ibarət ailə üzvləri ilə birlikdə məcburi köçkünlərə ayrılmış imtiyazlardan yararlana bilmir. Gərayov Etibar Çingiz oğlunun yaşamadığı ünvana sayğac kodu açılmış və adına debitor borc yüklənmişdır.
Goranboy rayon Elektrik Şəbəkəsinin bu cür qanunsuzluqları o qədər çoxdur ki, saymaqla bitəsi deyil.
Hörmətli cənab Prezident!
Bundan başqa, qəsəbənin köçkünlər yaşayan hissəsində elektrik xətləri bərbad haldadır, külək əsən kimi elektrik naqillərini dolaşdırır, bütün işlədicilərimiz sıradan çıxır, yaxud da naqillər qırılaraq yerə düşür. Bu isə insanların, xüsusən də uşaqların təhlükəsizliyi baxımından olduqca təhlükəlidir. Əgər Goranboy rayon Elektrik Şəbəkəsi bu cür problemlərin həlli üçün büdcədən ayrılan vəsaitləri təyinatı üzrə istifadə etsəydi, bu gün bu problemlər də olmazdı. Lakin görünən odur ki, dövlət büdcəsindən ayrılan vəsaiti mənimsədikləri azmış kimi, üstəlik də vətəndaşlardan da qanunsuz və süni yaradılmış borclar yığaraq öz çirkin əməllərini davam etdirirlər. Bununla bağlı olaraq Goranboy rayonunun bütün icra strukturlarına müraciət etməyimizə baxmayaraq müraciətimizə baxan olmayıb.
Hörmətli cənab Prezident!
Məcburi köçkün ailələri olaraq Sizdən xahiş edirik ki, Goranboy rayon Elektrik Şəbəkəsi tərəfindən süni şəkildə yaradılmış borcların silinməsi, bu qurumun özbaşınalığına son qoyulması, həmçinin qəsəbənin köçkünlər yaşayan hissəsinin elektrik enerjisi ilə bağlı olan problemlərinin həll olunması üçün aidiyyəti orqanlara ciddi göstəriş verəsiniz. İnanırıq ki, bizim bu müraciətimizdən sonra sadaladığımız problemlər öz həllini tapacaq.
Əvvəlcədən minnətdarlığımızı bildiririk.


Hörmətlə!
1. Rəcəbov İbrahim Bəhmən oğlu
2. Nağıyev Vahid Aydın oğlu
3. Hümbətov Mətləb Salman oğlu
4. Mikayılov Faiq Nəcəf oğlu
5. Gərayov Etibar Çingiz oğlu

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Dünya gözəli seçilən iranlı aktrisalar
Dünya gözəli seçilən iranlı aktrisalar
45 yaşlı Niki Kərimi siyahıda 14-ci yeri tutub. Onun həmyerlisi 33 yaşlı
Moskvada Qarabağ danışıqlarının gizli
Moskvada Qarabağ danışıqlarının gizli - Detalları
Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə,
Ermənistan boşalır:
Ermənistan boşalır: - Ölkə əhalisi 13 min nəfər azaldı
2017-ci ilin yanvar-mart aylarında ölkədə yeni doğulan körpələrin sayı
reklam
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Ermənilərin dünən atdığı OSA raketi nə qədər təhlükəlidir?
Dünən axşam saatlarında Ermənistan müdafiə bölmələri tərəfindən cəbhənin
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistanda ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olunub
Ermənistan MTX-nın bundan əvvəl yaydığı məlumatda bildirirdi ki, üç özəl
Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb
XİA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən
 
XİA.az - TƏQDİMAT