“Google” şirkəti 72 kubitlik kvant kompüteri yaradıb

“Google” şirkəti 72 kubitlik kvant kompüteri yaradıb
"Google” şirkətinin tədqiqatçılar qrupu ikiölçülü massivə birləşdirilmiş 72 yüksək keçirici kubitdən istifadə edilən kvant prosessoru yaradıblar.

Kvant kompüterləri xüsusi bit tipi olan kubitlə əməliyyat aparır. Ənənəvi bitlərdən fərqli olaraq, bu məntiqi elementlər eyni zamanda həm "1”, həm də "0” vəziyyətində ola bilər. Bu xüsusiyyət bəzi hallarda ənənəvi alqoritmlərdən daha məhsuldar olan yeni hesablama alqoritmləri hazırlamağa imkan verir.

AZƏRTAC "hitech.newsru.com” saytına istinadla xəbər verir ki, çoxlu sayda kubitlərdən istifadə edən kvant kompüterlərinin yaradılmasında əsas problem informasiyanın oxunması və yazılması, hesablamalar zamanı səhvlərin yaranması ilə bağlıdır. Kvant kompüterində kubitlərin sayının artırılması ilə yanaşı, belə səhvlərin yaranması ehtimalı da artır. Lakin "Google”un mütəxəssisləri bu problemi həll edə biliblər.

Təqdim edilmiş 72 kubitlik kvant prosessoru doqquz kubitlik sələfi ilə eyni sxem üzrə hazırlanıb. Lakin yeni kompüterdə kubitlər zəncirlə birləşməyib və bir-biri üzərində yerləşmiş iki kvadratlıq 6*6 massivi yaradırlar. Bu, hesablamalar zamanı yaranan səhvləri izləməyə və düzəltməyə imkan verir. Hələlik yeni kompüterin xarakteristikaları haqqında ətraflı məlumat verilmir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT