Sabah bütün rayonlarda güclü yağış olacaq

Sabah bütün rayonlarda güclü yağış olacaq
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan artıq 773 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 25-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq.

Departament ölkə ərazisində qeyri-sabit hava şəraiti haqda xəbərdarlıq da yayıb. Bu gündən başlayacaq qeyri-sabir hava şəraitinin oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Əfv olunan tanınmışlar
Əfv olunan tanınmışlar - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyevin əfv etdiyi şəxslər arasında bir sıra
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - SİYAHI + YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv
Xırdalanda ölən tələbələrlə bağlı yeni
Xırdalanda ölən tələbələrlə bağlı yeni - TƏFƏRRÜATLAR
“Xırdalanda həlak olan Turanə bir aya yaxın idi ki dərsə gəlmirdi”.
reklam
Dollar ucuzlaşmaqda davam edir
Dollar ucuzlaşmaqda davam edir - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-ə olan USD/AZN məzənnəsini
8 Martda qadını öldürən şəxs həbs edilib
8 Martda qadını öldürən şəxs həbs edilib
Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata
Maliyyə Nazirliyi tələbələrin təqaüdlərinin gecikdirilməsinin səbəbini açıqladı
Maliyyə Nazirliyi tələbələrin təqaüdlərinin gecikdirilməsinin səbəbini açıqladı
Son günlər bəzi kütləvi informasiya vasitələrində ilin əvvəlindən ali
 
XİA.az - TƏQDİMAT