"Ərim artıq arvadım oldu" - ŞOK HADİSƏ

"Ərim artıq arvadım oldu"















Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyada yaşayan qeyri-adi bir ailədəki ər bundan sonra arvad olacaq.

Brisbanedə yaşayan 29 yaşlı Susanna Liang günlərin birində ərinin etirafından şoka düşüb. Əri Endryu arvadına "Mənə nifrət edəcəksən, amma sənə bir şey demək məcburiyyətindəyəm. Mən qadın olmaq istəyirəm" deyərək cinsiyyətini dəyişdirmək istədiyini bildirib. Qadın ərinin dediklərindən sonra yaşadığı qorxuya və stresə baxmayaraq, ərinin istəyinə hörmətlə yanaşıb, üstəlik ona dəstək olub.

Endryu ilk əvvəl adını dəyişərək Andrea qoyub, daha sonra qadın olmaq üçün hormon müalicəsinə başlayıb. Susanna isə həyat yoldaşını olduğu kimi qəbul edərək süni mayalanma yolu ilə ana olmaq üçün müalicəyə başlamağı qərara alıb.

Avstraliya mətbuatına açıqlama verən Susannanın yaşadıqları hər kəs tərəfindən maraqla qarşılanıb. Susanna əri haqqında bunları deyib: "Hər zaman uşağımızın olmasını istəmişdik, ancaq qismət olmamışdı. Sonra ikimiz də müalicə almağa başladıq. Çox qəribəydi, bədənimiz dəyişirdi. Andrea qadın geyimləri geyinməyə başladı, sonra səsi dəyişdi".

Susanna Lucas adlı 20 aylıq oğulları ilə bağlı isə bunları bildirib: "Lucas indi ikimizə də ana deyir. Bir müddət sonra suallar verməyə başlayacaq, o zaman ona hər şeyi izah edəcəyik. Ərim artıq mənim arvadım olub. İndi Andreanın tamamilə qadın olması üçün lazım olan əməliyyatı etdirməyə pul yığırıq. Birlikdə alış-verişə çıxır və çox əylənirik. Onu həqiqətən çox sevirəm və məncə həqiqi məhəbbət məhz budur".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Elba" MMC-yə məxsus heyvan kəsimi sexində mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilmişdir
Daşkəsən Rayonunun ərazisində yerləşən "Elba" MMC-yə məxsus heyvan kəsimi,
Salyanda avtomobil piyadanı vurub
Salyanda avtomobil piyadanı vurub
Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub. Xia.az APA-ya istinadən
reklam
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı - YENİLƏNİB
Gəncədə qızın qızı qaçırması ilə bağlı yayılan xəbərin təfərrüatları məlum
Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi
Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi
“Rusiyadan alınan hücum silahlarının daha bir hissəsinin ölkəmizə
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 28-ə olan USD/AZN məzənnəsini
 
XİA.az - TƏQDİMAT