31 oktyabrda gözlənilən hava şəraiti

31 oktyabrda gözlənilən hava şəraiti
Sabah Bakıda və Abşeron yarımadasında dava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecəyə doğru yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 9-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 31-də arabir yağış yağacağı gözlənilir. Gündüz bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, yüksək dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir./apa/

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib - EKSKLÜZİV
"Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlanıb və bu siyasət
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 Yanvar - Ümumxalq Hüzn Günü
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi
reklam
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar nazirlik tərəfindən 20 Yanvar
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə
 
XİA.az - TƏQDİMAT