“Bir insanın qarşısından qara pişiyin keçməsi uğursuzluq gətirər” inancı haqqında

“Bir insanın qarşısından qara pişiyin keçməsi uğursuzluq gətirər” inancı haqqında
“Mədəni” Avropa üçün misirlilərin müqəddəs saydıqları bu kiçik heyvanlar *XRİSTİAN* aləmində uğursuz hesab edilirdi. Xristianlıqdan öncə pişiklərlə bağlı mövcud olmuş bütün simvollar məhv edilirdi. Pişikləri “hiyləgər”, “nankor”, “inadkar” kimi tanıdırdılar. Avropada hesab edirdilər ki, qara pişik gündüzlər pişik, gecə qaranlıqda isə şeytan olur.
O dövrlər heç kəs pişik saxlamağa risk etməsə də, qocalar və bəzi hallarda cadugər qarılar evlərində pişik saxlamağa üstünlük verirdilər.
Elə bu da bir çoxlarının pişiklərə nifrət etməsinə və onları şeytanın köməkçisi adlandırmalarına səbəb olur.
Və xalq arasında pişiyə qarşı münasibət və nifrət bir müddət sonra pişiklərin və pişik saxlayan qocaların öz sevimli heyvanları ilə birgə öldürülməsinə, diri-diri yandırılmasına səbəb oldu. Kral XIII Luis bunu qadağan edənədək hər il minlərlə pişik və sahibi yandırıldı.
Bir insanın qarşısından qara rəngli bir pişiyin keçdiyi zaman uğursuzluq gətirəcəyi ilə bağlı inancın qaynağının miladdan əvvəl 3000 — ci illərə, qədim Misirlilərə bağlı olduğu qeyd edilir. O dövrdə pişiklər müqəddəs bir canlı olaraq qəbul edilirdi. Hətta qara dişi pişiklərin ilahiləşdirilməsini qazıntı işləri nəticəsində ortaya çıxan məlumatlar sayəsində görmək mümükündür.
O dövrdə Misirdə pişikləri xəstəlik və ölümdən qorumaq üçün qanunlar belə qəbul edilmişdi. Evin pişiyinin ölməsi isə ailə üçün bir fəlakət idi. Ailənin kasıb və ya varlı olmasından asılı olmayaraq, pişik mumyalanar, çox gözəl parçalara bükülər, hətta məzarında yanına qiymətli əşyalar da qoyulardı. Pişiklərin Misirlilərə bu qədər təsir etməsinin səbəbi kimi onların çox yüksək bir yerdən düşdükləri zaman belə yara almadan xilas olmaları sanılmaqdadır. Pişiyin doqquz canlı olduğu inancı o zamanlarda inkişaf etmişdir.
Mədəniyyətlər inkişaf etdikcə insanlarda pişik sevgisi də artmağa başladı. Hindistanda, Çində pişiklər insana ən yaxın heyvan oldular. O dövrlərdə isə bugünki inancın əksinə olaraq pişiyin bir insanın qarşısından keçməsi həmin adam üçün əslində şans demək idi. Pişiklərdən, xüsusilə qara pişiklərdən nifrət, Xristianlığın özündən əvvəlki mədəniyyətləri və onların simvol qəbul etdiyi şeyləri yox etmə ənənəsi ilə orta əsrlərdə, İngiltərədə başladı.
Sahibsiz, bildiyini edən, "inadçı" və "hiyləgər" xarakterli küçə pişiklərinin sayının da şəhərlərdə həddindən artıq artması isə pişikləri gözdən saldı.O illərdə evində pişik bəsləyənlər tək yaşayan kasıb və yaşlı qadınlar idi. Yenə həmin dönəmlər cadugər və cadugər inancının bütün Avropada xəstəliyə çevrildiyi illər idi. Qara pişik bəsləyən bu qadınların cadu etdiklərinə dair kampaniyalar başladıldı. Qara pişiklərin gecələri şeytana çevrildikləri mövzusunda qorxu dolu xalq hekayələri ortaya çıxmış oldu. Cadugərlik kütləvi qınağa çevrildikdə isə bir çox yazıq qadın pişiyi ilə birlikdə yandırıldı.
Fransada kral XIII Luis bu tətbiq qaydasını qadağan edənə qədər hər ay minlərlə pişik yandırıldı.

Elbrus Xanəli
XİA.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda 3 məktəbli qəzaya düşərək xəsarət alıb
Bakıda 3 məktəbli qəzaya düşərək xəsarət alıb
Bakının Sabunçu rayonunda 3 məktəbli uşağın xəsarət alması ilə nəticələnən
May ayına olan hava proqnozu açıqlanıb
May ayına olan hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Bakıda özəl klinikada doğulan körpə iki gün sonra ölüb
Bakıda özəl klinikada doğulan körpə iki gün sonra ölüb
Doğulan qızın atası, G.Həsənbalayevanın həyat yoldaşı Əlihüseyn
reklam
Cəbhədə erməni əsgəri məhv edilib
Cəbhədə erməni əsgəri məhv edilib
Azərbaycan Silahlı Qüvvələri düşmənin növbəti təxribatının qarşısını alıb.
“Maşın şou” efirə qayıdır:
“Maşın şou” efirə qayıdır: - Məşhur ulduzların adları bilindi-FOTO
Xia.az xəbər verir ki, Baku.ws-ın dizayn studiyaların birindən eksklüziv
Şpitsbergendə doqquz rusiyalı buz altına düşüb
Şpitsbergendə doqquz rusiyalı buz altına düşüb
Aprelin 27-də doqquz rusiyalı Norveçin Şpitsbergen arxipelaqında buzun
 
XİA.az - TƏQDİMAT