Sulu qar yağacaq, temperatur 3 dərəcəyə düşəcək

Sulu qar yağacaq, temperatur 3 dərəcəyə düşəcək
Arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, gündüz qərb rayonlarında yağıntının tədricən kəsiləcəyi gözlənilir BAKI, 16 noy — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 17-də arabir yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-şərq küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. © SPUTNİK / MURAD ORUJOV Bu rayonların əhalisinə ciddi hava xəbərdarlığı edildi Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında noyabrın 17-də duman olacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, gündüz qərb rayonlarında yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Əfv olunan tanınmışlar
Əfv olunan tanınmışlar - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyevin əfv etdiyi şəxslər arasında bir sıra
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - SİYAHI + YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv
Xırdalanda ölən tələbələrlə bağlı yeni
Xırdalanda ölən tələbələrlə bağlı yeni - TƏFƏRRÜATLAR
“Xırdalanda həlak olan Turanə bir aya yaxın idi ki dərsə gəlmirdi”.
reklam
Dollar ucuzlaşmaqda davam edir
Dollar ucuzlaşmaqda davam edir - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-ə olan USD/AZN məzənnəsini
8 Martda qadını öldürən şəxs həbs edilib
8 Martda qadını öldürən şəxs həbs edilib
Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata
Maliyyə Nazirliyi tələbələrin təqaüdlərinin gecikdirilməsinin səbəbini açıqladı
Maliyyə Nazirliyi tələbələrin təqaüdlərinin gecikdirilməsinin səbəbini açıqladı
Son günlər bəzi kütləvi informasiya vasitələrində ilin əvvəlindən ali
 
XİA.az - TƏQDİMAT