Qusar sakini siqaret pulunu yığıb helikopter düzəltdi - VİDEO

Qusar sakini siqaret pulunu yığıb helikopter düzəltdi

Qusar rayonu Samur qəsəbə sakini Mirzəxan İmamquluyev 10 ildir ki, üzərində çalışdığı helikopteri ərsəyə gətirib.

XİA.az ARB TV-ə istinadən xəbər verir ki, helikopterin hazırlanmasının isə maraqlı tarixçəsi var. Belə ki, 67 yaşlı ixtiraçı uzun müddət siqaret aludəçisi olub. 3 dəfə əməliyyat keçirdikdən sonra həkim məsləhəti ilə zərərli vərdişdən qurtulub. Ona xərclədiyi pula isə ehtiyat hissələri alaraq helikopter hazırlamaq qərarına gəlib.

Mirzəxan İmamquluyev - ixtiraçı: "10 il ərzində pula qənaət etmişəm. Həm də ki, sağlamlığa da xeyri olub. Siqaretə verilən puldan isə helikopter ixtira etmişəm".

Helikopteri ayağa qaldırmaq isə, hələ ki, mümkün olmayıb. Bunun üçün lazım olan avadanlıqlar isə ölkəmizdə yoxdur.

Mirzəxan İmamquluyevin ixtiraları isə bununla kifayətlənmir. O, fındıq təmizləyən qurğu ixtirası ilə fındıqların təmizlənməsi işini asanlaşdırıb. Qurğu üçün avtomobilin ehtiyat hissələrindən istifadə edən ixtiraçı cihazı daha da təkminləşdirmək istəyir.

Qəhrəmanımız daha bir texnikanın üzərində çalışır. Həmin cihazla həm ot biçmək, həm də yer şumlamaq mümkün olacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
"Elba" MMC-yə məxsus heyvan kəsimi sexində mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilmişdir
Daşkəsən Rayonunun ərazisində yerləşən "Elba" MMC-yə məxsus heyvan kəsimi,
Salyanda avtomobil piyadanı vurub
Salyanda avtomobil piyadanı vurub
Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub. Xia.az APA-ya istinadən
reklam
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı
Gəncədə qızın qızı qaçırması ilə bağlı xəbər yayıldı - YENİLƏNİB
Gəncədə qızın qızı qaçırması ilə bağlı yayılan xəbərin təfərrüatları məlum
Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi
Hərbi ekspert Rusiyadan alınan hücum silahlarını şərh etdi
“Rusiyadan alınan hücum silahlarının daha bir hissəsinin ölkəmizə
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 28-ə olan USD/AZN məzənnəsini
 
XİA.az - TƏQDİMAT