Hansı bürclər 2017-də daha çox pul qazanacaq? - Xoruz ilinin maliyyə proqnozu

Hansı bürclər 2017-də daha çox pul qazanacaq?












Xoruz ili bütün bürclər üçün düşərli olacaq
Qırmızı Alovlu Xoruz sərvət və pafos simvoludur. Astroloqların qənaətinə görə, Xoruz ili bütün bürclər üçün düşərli olacaq. Qırmızı Xoruz hər kəsin həyatını yaxşılığa doğru dəyişmək iqtidarındadır, yalnız düzgün yanaşmanı tapmaq lazımdır.

Qoç
Bu bürcün nümayəndələri bütün ili Alovlu Xoruz qanadının himayəsi altında keçirəcək. Ruh yüksəkliyi, mərdlik və qətiyyət Qoçlara xoşbəxtlik gətirəcək. Risk qiymətləndirilməsi zamanı adekvat qərarlar qəbul etsələr, ən cəsarətli və gəlirli maliyyə tədbirlərini həyata keçirməyə müyəssər olacaqlar. İlin ikinci yarısı şəxsi işini qurmaq baxımdan Qoçlar üçün ideal vaxt olacaq.
Buğa
Bütün ili güclü dəyişikliklər onları yıxmağa cəhd edəcək. Amma alınmayacaq. Qoçaqlığı və ayıq-sayıqlığı Buğalara pul problemlərindən qaçmağa kömək edəcək. İl böyük xeyirlər, həm də əhəmiyyətli maliyyə itkiləri olmadan keçəcək. Qısası, 2017-ci il Buğalar üçün risksiz və gəlirli olmayacaq.
Əkizlər
Onlar üçün gələn il gözlənilməz vəziyyətlərlə zəngin olacaq. Daim tərəddüd edən Əkizlər üçün Xoruz ili o qədər də asan keçməyəcək. Qırmızı Xoruz ili onlara ziyan və məyusluq gətirəcək. Amma zərəri minimuma endirmək mümkündür. Bunun üçün Əkizlərə ən vacib qərarların qəbul edilməsini digər insanlara həvalə etmək tövsiyə edilir.
Xərçəng
Xərçənglərin gələn il üçün əsas iqtisadi strategiyası küt müdafiə olacaq. Onların su təbiətilə Xoruzun odlu təbiəti açıq qarşıdurma yaradacaq. Bu bürcün nümayəndələri bütün il rəhbərliyin yersiz tənqidlərini eşitməyə məcbur olacaq, yaxud da rəqiblərinin təzyiqlərinə məruz qalacaq. Amma bu, onların yalnız xeyrinə vəsilə olacaq. İtki çox olan yerdə, Xərçənglər ehtiyatı əldən vermir.
Şir
Gələn il nəcib Şirlər üçün imkanların qiymətləndirilməsi dövrüdür. Amma Xoruz ili onlara həm də çox ağrılı itkilər gətirəcək. Maliyyə qələbələrinin məğlubiyyətdən daha çox olması üçün səxavətli Şirlər bədxərcliyini nəzarət altında saxlamalı olacaq.
Qız
Qız bürcünün əməksevərliyi və işgüzarlığı 2017-ci ildə onlara maliyyə durumunu nəinki qoruyub saxlamağa, eyni zamanda əhəmiyyətli dərəcədə artırmağa kömək edəcək. Gələcək 12 ay bir çox Qız bürcü üçün karyerasının yüksəlməsi və ruzi-bərəkətin artması ilə yadda qalacaq. Dəqiq intuisiyası onlara əksər səhvlərdən qorunmağa və ilin onların xeyrinə bitməsinə əhəmiyyətli dərəcədə köməklik göstərəcək.
Tərəzi
Rahatlığa can atan Tərəzilərin bu xüsusiyyəti Alovlu Xoruz ilində onlara bütün imtiyazlardan istifadə etməyə imkan verməyəcək. Gələn il istənilən imkandan yapışmaq lazımdır. Odur ki, gələn il Tərəzilərin öhdəsinə ya radikal dəyişiklik etmək, ya yanaşma tərzini kökündən dəyişmək, ya da bütün şansları başqalarına ötürmək düşəcək.
Əqrəb
Bu insanlar üçün uğursuzluğun əsas səbəbi Əqrəblərin mürəkkəb xasiyyəti ola bilər. Xudpəsənd Əqrəblərin gəlirlərinin artımı digər insanlardan asılı olacaq. Onlar istəsələr, yeni tanışlıq və qurulan əlaqələri dərhal maddi mənfəətə çevirə biləcək. Odur ki, Əqrəblərə gələn il daha çox gülümsəməyi və hər tapşırığı canla-başla yerinə yetirməyi tövsiyə edirik.
Oxatan
Təəccüb, heyrət və həsəd! Azadlıqsevər Oxatanlar 2017-ci ildə ətrafdakılarda məhz bu hissləri oyadacaq. Çünki fortuna 12 ay ərzində onların tərəfində qalacaq. Onlar başqalarının girişməyə cəsarət edə bilmədiyi məsələlərdən qazanc əldə edə biləcəklər. Gələn il onlar üçün iddialarını həyata keçirmək, daha yüksək vəzifəyə başlamaq və ya biznesin genişləndirilməsi baxımdan əlverişli olacaq.
Oğlaq
Gələn il onlar prioritetləri müəyyənləşdirməli məcburiyyətində qalacaqlar. Əməksevərlik və inad Oğlaqlara öz işinin inkişafında və ya peşə sahəsində xeyli irəliləməyə kömək edəcək. Amma şəxsi həyat üçün vaxt qalmayacaq. Ona görə də Oğlaqlar üçün növbəti il pul və ailəsi arasında balans tapmağa çalışmaqla yadda qalacaq.
Dolça/Sutökən
Alovlu Xoruz Dolçalara ən arzuolunan hədiyyə - çoxlu dəyişikliklər gətirəcək. Onlar təngə gəldiyi işindən asanlıqla ayrılacaq və dərhal yeni, daha maraqlı və yüksək maaşlı peşə tapacaq. 2017-ci il biznesmen Dolçalara orijinal və çox perspektivli inkişaf istiqamətlərini görmək imkanı verəcək.
Balıq
Sülhsevər və sakit Balıqlar üçün gələn il durğunluq dövrü kimi yadda qalacaq. Gələn il onlara kəskin qərarlar verməmək və fikirlərini daxili aləminə yönəltmək məsləhət görülür. Onların həyatındakı dəyişikliklər kəmiyyətdə deyil, keyfiyyətdə hiss olunacaq. Gələn ili Balıqlar yeni maliyyə zirvəsinə çatmazdan əvvəl yaşanan kiçik böhran kimi qiymətləndirə bilər. (publika)

Qaynarinfo.Az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq?
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edərsə, Çin və Rusiyanın mövqeyi necə olacaq? - Politoloqun cavabı
Bu isə Şimali Koreyanı narahat edir. Şimali Koreya ətrafında keçirilən
“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”
“Xoşqədəm mənə dedi ki, çıx efirdə ağla, sənə kömək edək”
3 övlad anası Vüsalə Seyidova yoldaşı Samir Seyidovun özünü asaraq
Bu axşam hər kəsin işığı sönəcək
Bu axşam hər kəsin işığı sönəcək - SƏBƏB BƏLLİDİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti davamlı olaraq iqtisadi və ekoloji
reklam
Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş Dağlıq
Ərdoğan:
Ərdoğan: - "Kılıçdaroğlu gəlməyəcəm demişdi, amma quzu kimi gəldi"
"Bunlara beş keçi verin, onu da qoruya bilməyəcəklər. Bu binanı (Antalya
Avroparlamentin rəhbəri:
Avroparlamentin rəhbəri: - "Avropa İttifaqı qeyri-effektivdir və həddən artıq bürokratikləşib"
"Avropa İttifaqı (Aİ) çox sayda səhv edib, qurum qeyri-effektiv fəaliyyət
 
XİA.az - TƏQDİMAT