Səddamla saatlarla söhbət edən ABŞ kəşfiyyatçısının - ŞOK ETİRAFLARI

Səddamla saatlarla söhbət edən ABŞ kəşfiyyatçısının

İraqın keçmiş prezidenti Səddam Hüseyn 2003-cü ildə tutulanda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tutulan adamın həqiqətən Səddam olub-olmadığını müəyyən edə biləcək və onu sorğu-sual edəcək adama ehtiyac duyurdu.

XİA.az-ın “Hürriyyət”ə istinadən xəbərinə görə, həmin adam Con Nikson idi. Nikson 1998-ci ildə CİA-ya qatıldığı gündən bəri Səddamla bağlı işləri icra edib. 2011-ci ildə vəzifəsindən ayrılan Niksonun işi dünyadakı liderləri analiz etmək idi: “Böhran vəziyyətində siyasətçilər bizə gətirilir, qarşılarındakı adamın kim olduğunu, nə istədiklərini, niyə belə davrandıqlarını müəyyən edərdik”.

Səddam Hüseyn ABŞ əsgərləri tərəfindən Tikritdə tutulanda Nikson da İraqda idi. Səddamla dialoq ona tapşırılmışdı. O zamanlar Səddam Hüseynin çoxlu sayda dublyorunun olduğu ilə bağlı fikirlər yayılırdı.

Nikson deyir: “Onun çox sayda dublyoru olduğunu eşitmişdim. Amma onu görəndə həmin şəxsin həqiqətən də Səddam Hüseyn olduğu ilə bağlı heç bir şübhəm qalmadı. Onunla danışmağa başlayanda, illərdir masamda duran kitabın üz qabığında olan simadakı baxışı gördüm".

Səddam Hüseyni sorğulamaq vəzifəsi də Niksona tapşırılmışdı. O, Səddamla ən uzun sorğu keçirən adam olub, bu, günlərlə davam edib: “Söhbətimiz dünyada ən çox axtarılan adamı sorğuladığım həqiqətini bir daha xatırladırdı. İnanılmaz bir şey idi".

“Sədri sorğulamaq: Səddam Hüseynin sorğusu" adlı kitabın müəllifi olan Nikson, Səddam Hüseyni "ziddiyyətlərlə dolu" adam kimi təyin edib: “Gördüyüm ən xarizmatik insanlardan biri idi. İstədiyi zaman təsirli, xoş, zarafatcıl və nəzakətli ola bilirdi. Amma bəzən də daha qaranlıq üzünü göstərirdi. Kobud, qürurlu, ədəbsiz və pis ürəkli - hətta əsəbiləşdiyi zaman qorxunc biri olurdu. Sorğularımda iki və ya üç dəfə pis üzünü də gördüm”.

Sorğu zamanı Səddam Hüseyn kiçik və rütubətli bir otaqda sərbəst şəkildə tutulub və qatlanan metal kürsüyə oturdulub. Otaqda isə Niksondan başqa sadəcə yalan müəyyən edən maşının operatoru və tərcüməçi var idi. Nikson, Səddam Hüseyni narsist adlandıraraq, “mənimlə danışmaq onun xoşuna gəlmişdi” deyir: “Səddam bu danışığımızdan kef alırdı, aylardır saxlanırdı və kimsəylə dialoq qurmaq imkanı olmamışdı”.

Lakin sonrakı gün tam fərqli bir ünsiyyət qurub: “O, gördüyüm ən şübhəcil adam idi. Ona verdiyim hər sualın qarşılığında mənə sual verirdi. Tarixə keçmək hissi və fikirlərinin dünyadakı ən böyük güc tərəfindən qeydə alınmasının cazibədarlığından təsirlənməsini gözləyirdik. Səddamdan cavablar almaq məcburiyyətində olduğumu bilirdim. CİA işçilərinə qaynaqları necə sorğulamaq lazım olduğu və onların necə potensial vasitəyə çevrilməsi öyrədilir. Amma diqqətli olmaq lazımdır. Ən əhəmiyyətli məlumatı almaq ehtimalını, mövzunun başqa yerlərə azmasına icazə verərək qeyri-mümkün hala gətirmək istəməzsiniz. Sorğuda ən əhəmiyyətli mövzu kütləvi qırğın silahları idi”.

ABŞ və İngiltərə, İraqın işğalında əsas səbəb olaraq ölkədə kütləvi qırğın silahlarının olduğu iddiasından istifadə etmişdi. Nikson deyir ki, "Ağ Evin" bilmək istədiyi tək şey bu idi. Lakin Nikson, Səddam Hüseyn və məsləhətçilər ilə apardığı görüşlərdə, bu mövzudakı araşdırmalarının ardından Səddam Hüseynin ölkənin nüvə silah proqramını illər əvvəl tərk etdiyini və təkrar başlamaq niyyətinin olmadığının fərqinə varıb. Bu isə Nikson və iş yoldaşlarının "müvəffəqiyyətsiz" göstərilməsinə səbəb olub. Nikson beş il ərzində o zamanki ABŞ prezidenti Corc Buşla görüşə dəvət edilməyib. Ancaq 2008-ci ildə Federal Təhqiqatlar Bürosunun Səddam Hüseyn haqqındakı tapıntılarından sonra Buş ilə görüşüb.

Niksonun Buş haqqındakı fikirləri çox sərtdir. Həm Buşun, həm də Səddam Hüseynin əlini sıxan nadir insanlardan biri Nikson, Buşla müqayisədə Səddamla vaxt keçirməyə üstünlük verdiyini deyib: “Əvvəllər CİA olaraq dediklərimizə əhəmiyyət verdiyini və bizi dinlədiyini zənn edərdim. Amma sonra gördüm ki, nə deyiriksə deyək, siyasət kəşfiyyatı kölgədə buraxır”.

Səddamın devrilməsindən sonra İraqın başına gələnlər isə Niksonu utandırır. Buş rəhbərliyinin Səddamı devirdikdən sonra nələr edəcəyi ilə bağlı heç bir fikri olmadığını bildirən Nikson, İŞİD kimi qüvvələrə baxanda Səddamın iqtidarda qalmasının bölgə üçün daha yaxşı ola biləcəyini düşünür.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
VİDEO
VİDEO - Kollecdə korrupsiya şəbəkəsi: qiymət yazılması üçün rüşvət yığılıb
Gəncə Musiqi Kollecinin sabiq direktoru Gülçin Mirzəyeva cinayət başında
Qarabağda erməni əsgəri ölüb
Qarabağda erməni əsgəri ölüb
XİA.az NEWS.am-a istinadən xəbər verir ki, fevralın 17-də Ermənistan
Bakıda “28 Mall” bağlandı
Bakıda “28 Mall” bağlandı
Azərbaycan Fövqəladə Hallar Nazirliyi sosial şəbəkələrdə və bir sıra
reklam
Baş pediatr uşaqlar arasında balansın pozulmasına görə kişiləri günahlandırıb
Baş pediatr uşaqlar arasında balansın pozulmasına görə kişiləri günahlandırıb
"Son illər Azərbaycanda doğulan uşaqlar arasında balans pozulmağa doğru
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində
İlham Əliyev Münxendə MAN SE şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Münxendə MAN SE şirkətinin baş icraçı direktoru ilə görüşüb
Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan
 
XİA.az - TƏQDİMAT