Gəncədə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr edilmiş tədbir keçirilib

Gəncədə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr edilmiş tədbir keçirilib
Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən və “Bakcell”in maliyyələşdirdiyi dərnəklərdən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqların hazırladıqları “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr edilmiş tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə açan UAFA Gəncə İcma Əsaslı Reabilitasıya Mərkəzinin koordinatoru Rəzalə Abbasova qonaqları salamlayaraq, mərkəzin gördüyü işlərdən danışıb. Xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə hər il “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə belə tədbirlər təşkil olunduğunu deyən Rəzalə Abbasova mərkəzdə reabilitasiya keçən uşaqların bir çoxunun artıq normal həyata inteqrasiya edildiklərini diqqətə çatdırıb.

Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədov uşaqları qarşıdan gələn “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik edib. Kənan Məmmədov bildirib ki, "2017-ci ilin Mədəniyyət Paytaxtı" olan Gəncə şəhərində silsilə tədbirlər davam etməkdədir.

Gəncə Dövlət Kukla Teatrının direktoru Bayram Fətəliyev belə tədbirlərin keçirilməsini yükək qiymətləndirib. Bayram Fətəliyev çıxışını “Əziz uşaqlar, siz tək deyilsiniz. Siz bizimləsiniz, biz sizinləyik” deyərək, yekunlaşdırıb.

Tədbirdə mərkəzdə fəaliyyət göstərən, “Bakcell”in maliyyələşdirdiyi “Xalq yaradıcılığı” dərnəyinin və Gəncə İƏRM-nin üzvü olan uşaqlar “Uşaqlar sevinsin həmişə”, Tofiq Quliyev “Vals”, “Balaca sənətkarlar”, “Kukla” mahnısı, “Qonaqlıq” musiqili tamaşa, “Qıtqıda” xalq rəqsi, idman hərəkətləri və şeirlərlə çıxış ediblər.

Sonda mərkəzdən bəhrələnən fəal uşaqlara diplomlar təqdim olunub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT