Pərvin Kərimzadə: - Prezident İlham Əliyev Azərbaycanda sabitliyin və inkişafın qarantıdır

Pərvin Kərimzadə:
«Yeni Azərbaycan Partiyasının VI Qurultayı özünün tarixi qərarını qəbul etdi. Azərbaycan xalqının istək və arzularının bir ifadəsi olaraq, partiyanın Sədri, cənab İlham Əliyevin qarşıdan gələn növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürüldü. Yeni Azərbaycan Partiyası yarandığı gündən fəaliyyətinin bütün istiqamətlərini milli maraqlar müstəvisində qurub. Bünün üçün də YAP tərəfindən irəli sürülən namizəd birmənalı şəkildə xalqın istəyi ilə seçkiyə qatılır. Bu da təbii olaraq YAP-ın namizədinin seçkidə yüksək dəstək əldə etməsini şərtləndirir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 15 ildə əldə olunan nailiyyətləri saymaqla qurtaran deyil. Bu müddət ərzində ölkəmizin regionda və beynəlxalq arenada çox böyük nüfuza sahib olmasını qeyd edə bilərik.

«Azərbaycan Respublikası Prezidentinin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti sayəsində ölkənin bütün regionları kimi, Gəncə şəhəri də sosial və iqtisadi sahədə daha yüksək templə inkişafının təmin edilməsində yeni uğurlara izma atıb. Cənab İlham Əliyevin xeyir-duası ilə qısa zaman kəsiyində Gəncədə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Şəhərin ən ucqar nöqtələri, yaşayış sahələri, qəsəbələri hamının gözü önündə dəyişərək, yeni görkəm alıb. Gəncə şəhərində həyata keçirilən bu genişmiqyaslı işlər dövlət başçısı cənab İlham Əliyevin şəxsi tapşırığı və tövsiyələri ilə yanaşı, Gəncə şəhərinə və onun əhalisinə olan diqqət və qayğısı nəticəsində mümkün olub. Odur ki, gəncəlilər ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, yorulmaz, qətiyyətli, xalqının maraqlarına xidmət edən fəaliyyətinə böyük etimad göstərir, qarşıdan gələn prezident seçkilərində ölkə rəhbərini dəstəkləməyə hazır olduqlarını bildirirlər. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, quruculuq işlərinin, iqtisadi inkişafın və tərəqqinin xalq tərəfindən müdafiə olunması ölkədə intibahın, siyasi sabitliyin, əmin-amanlığın və inkişafın qarantıdır»- deyə, P.Kərimzadə qeyd edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT