Naqif Həmzəyev - “YAP-ın qurultayında tarixi qərar qəbul olundu”

 Naqif Həmzəyev
“Yeni Azərbaycan Partiyasının VI Qurultayı yüksək səviyyədə keçirildi. Partiyamızın ali toplantısında dövlətimiz və xalqımızın gələcəyi naminə tarixi bir qərar qəbul olundu. Qurultayda aprelin 11-də keçiriləcək prezident seçkisində partiyamızın Sədri, sənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi çox mühüm bir qərardır”.

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, bu gün dünyada sabitlik diyarı kimi tanınan Azərbaycan uğurları ilə beynəlxalq aləmin diqqətini cəlb edir. Ölkənin güclü və qüdrətli iqtisadiyyatı yaxın keçmişdə bizim üçün əlçatmaz görünən arzular reallığa çevrilir, Azərbaycan müasir dünyanın tələblərinə cavab verən yüksək inkişaf etmiş bir dövlətə çevrilir. Onun sözlərinə görə, bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasi xəttinin nəticəsidir.

Dünyanın siyasi çəkisində nüfuz sahibi olan ölkələrin Azərbaycana artan marağı fonunda Prezident cənab İlham Əliyevin adı ətrafında dünya miqyasında qəbul edilən bir siyasətci imicinin formalaşması da artıq sübuta ehtiyacı olmayan bir aksiomdur.

“Azərbaycanın Cənubi Qafqazın qüdrətli dövləti kimi mövqelərini daha da möhkəmləndirməsi, cənab Prezidentin adı ilə birbaşa bağlı olan və ölkəmizin inkişafına xidmət edən bu nailiyyətlər Gəncə sakinlərində də böyük qürur hissi yaradır, onların daha səylə çalışmalarına stimul verir. Onlar Ümummilli lider Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışırlar.

Təkcə onu qeyd etmək yerinə düşər ki, ölkə başçısının sahibkarlıq fəaliyyəti ilə bağlı imzaladığınız fərman və sərəncamlar Nizami yurdunda sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradıb. Bunun nəticəsidir ki, 2017-ci ildə Gəncə şəhərinə ümumi dəyəri 338 milyon 700 min manat investisiya qoyulub. 2018-ci ildə isə bu rəqəmin 1,8 dəfə artması gözlənilir. Ölkəmizdə özəl sektora göstərilən dövlət qayğısından bəhrələnən 14 sahibkarlıq subyekti tərəfindən 20-yə yaxın xarici ölkəyə 183 milyondan çox rəqabətqabiliyyətli məhsul ixrac olunub və özəl sektorun ümumi daxili məhsuldakı payı artaraq 81,0 faizə çatıb.
Gəncəlilər yaxşı bilirlər ki, Azərbaycan Silahlı Qüvvələrinin daha da modernləşməsi istiqamətində aparılan işlər, demokratik dəyərlərin cəmiyyətdə öz yerini möhkəmləndirməsi, respublikamızın mədəni yüksəlişi də Prezident cənab İlham Əliyevin ölkəyə layiqli rəhbərliyinin nümunəsidir.

Ölkəmiz növbədənkənar prezident seçkiləri ərəfəsindədir. Bu gün gündəmin əsas mövzusu seçki məsələsidir. Tam əminliklə söyləmək olar ki, Azərbaycan xalqı 11 aprel tarixində - seçki günündə Prezident İlham Əliyevi dəstəkləyəcək və öz səsini həmişə xalqının yanında olan liderinə səs verəcək”-deyə, N.Həmzəyev qeyd edib.

AzVision.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT