Gəncədə çoxmərtəbəli binalar ucalacaq - VİDEO

Gəncədə çoxmərtəbəli binalar ucalacaq
Gəncədə şəhərin əsas yollarından olan Nizami Prospekti genişləndirilməklə ikitirəfli hərəkət təmin ediləcək. Bu çərçivədə söküləcək evlərin sakinləri yeni tikilən çoxmərtəbəli binalarda mənzillə təmin olunacaq. Proses mərhələli şəkildə həyata keçiriləcək. Bir sözlə Gəncədə irimiqyaslı yenidən qurma işlərinə başlanılır.

Gəncədə Nizami prospektinin eni 50 metrədək genişləndiriləcək. Buna görə söküntü işlərinə başlanacaq.

Yolun Gəncəçaydan şəhər mərkəzinədək olan hissəsində 10 ədəd 9 və ya 12 mərtəbəli binalar inşa ediləcək. Bir o qədər də müxtəlif təyinatlı sosial obyektlər Çəncəçay bulvarının 1,5 km-lik sol sahil hissəsində tikiləcək.

Plana uyğun olaraq binaların alt hissəsində avtomobil dayanacağı, bir və ikinci mərtəbələrində alış-veriş mərkəzləri, digər mərtəbələrində isə mənzillər yerləşəcək. Evi söküləcək 150-ə yaxın ailə həmin mənzillərdə yerləşdiriləcək. Yerdə qalanları isə ipoteka və kredit ilə mənzil sahibi olmaq istəyən vətəndaşlara satılacaq.

Bundan başqa yolun eninə uyğun olaraq Gəncəçayın üzərindəki körpü də yenidən qurulacaq. Gəncədə tikiləcək yeni çoxmərtəbəli binaların inşası zamanı şəhərin qədim memarlıq ənənələri də nəzərə alınacaq.

Şəhərdə hərəkətin sıxlığının aradan qaldırılması üçün görülən işlər tək şəhər mərkəzini əhatə etməyəcək. İşlər mərhələli şəkildə davam etdiriləcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT