Gəncədə İlham Əliyev üçün imzatoplama kampaniyasına başlanılıb

Gəncədə İlham Əliyev üçün imzatoplama kampaniyasına başlanılıb
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verib.

Seçki prosesi ilə əlaqədar olaraq YAP Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində 25 nəfər tərkibdə Seçki Qərargahı yaradılıb.

Fevralın 16-dan etibarən, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin seçkilərdə namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyasına başlanılıb.

YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib ki, öncə imzatoplayan fəallara treninq keçirilib, imza toplamanın qaydaları bir daha izah edilib, müvafiq təlimat və tapşırıqlar verilib. YAP Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində bu gündən start verilən imzatoplama kompaniyası uğurla həyata keçirilir və seçicilər böyük aktivlik nümayiş etdirirlər.

Qeyd edək ki, Gəncə şəhəri üzrə 4 Seçki Dairəsi fəaliyyət göstərir. 37 saylı Nizami rayon Birinci Seçki Dairəsi üzrə seçicilərin sayı 32 874, məntəqələrin sayı 24, 38 saylı Nizami rayon İkinci Seçki Dairəsi üzrə seçicilərin sayı 33 721 nəfər, məntəqələrin sayı 24, 39 saylı Kəpəz rayon Birinci Seçki Dairəsi üzrə seçicilərin sayı 338 842 , məntəqələrin sayı isə 29, 40 saylı Kəpəz rayon İkinci Seçki Dairəsi üzrə seçicilərin sayı 42 070 nəfər, məntəqələrin sayı isə 30-dur.

Dairələr üzrə 37 saylı Nizami rayon Birinci Seçki Dairəsi üzrə 350 imza, 38 saylı Nizami rayon İkinci Seçki Dairəsi üzrə 450 imza, 39 saylı Kəpəz rayon Birinci Seçki Dairəsi üzrə 550 imza, 40 saylı Kəpəz rayon İkinci Seçki Dairəsi üzrə isə 400 imza toplanacaq./qafqazinfo

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT