Gəncənin həyatında yeniliklər davam etdiriləcək

ŞƏHƏRDƏ 2017-ci İLİN YEKUNLARI VƏ 2018-ci İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLİB

Gəncənin həyatında yeniliklər davam etdiriləcək
Gəncədə 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov, şəhər ictimayyətininin nümayəndələri, ziyalılar, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Hesabat yığıncağının əvvəlində Prezident İlham Əliyevin Gəncə şəhərinə səfərini, şəhərin həyatında ötən ildə baş verən mühüm hadisələri, mədəni kütləvi tədbirləri əks etdirən filmə tamaşa olunub.

Elmar Vəliyev hesabat çıxışında bildirib ki, 2017-ci ildə şəhərdə sənaye xarakterli sektorda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 351 milyon 277 min manatlıq məhsul istehsal olunaraq, özündən əvvəlki il ilə müqayisədə 0,5 faiz çox sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilib.

Şəhər rəhbəri bildirib ki, Gəncə şəhərində 2018-ci ildə bütün sahələr üzrə artım daha da yüksək olacaq, nəzərdə tutulmuş bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdiriləcək.

Elmar Vəliyev 2018-ci ildə qarşıda duran vəzifələr haqqında danışarkən yeni tikintilər haqda da danışıb. O qeyd edib ki, bu il Gəncə Dövlət Dram Teatrının, Heydər Əliyev Park Kompleksində İdman Sarayının yeni binalarının inşası, həmçinin, Gəncəçay sol sahilində Park Bulvar Kompleksinin salınmasının yekun mərhələsinin başa çatdırılması nəzərdə tutulub. Bundan başqa, şəhərin əsas hərəkət zolaqlarından olan Nizami prospektinin eninin 45 metrədək genişləndirilməsi, köhnə bazarın ətrafı və çayın kənarının abadlaşdırılması 2018-ci ildə görüləcək işlərdəndir. E. Vəliyev əlavə edib ki, 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan Süni mərmər-qranit zavodunda 400 nəfər, kərpic zavodunda isə 100 nəfərdən çox insan işlə təmin olunacaq; şəhərdəki qədim Şah Abbas və Uğurlu xan karvansarayları tam təmirli sürətdə otel olaraq istifadəyə veriləcək.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Zakir MURADOV
Gəncə

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT