Gəncə şərabları beynəlxalq müsabiqədə 4 qızıl medal qazanıb

Gəncə şərabları beynəlxalq müsabiqədə 4 qızıl medal qazanıb
Moldovanın Kişinyov şəhərində Qara Dəniz Hövzəsi və Avropanın digər ölkələrində istehsal olunan şərab məhsullarının anonim olaraq dequstasiya müsabiqəsi keçirilib. Beynəlxalq üzümçülük və şərabçılıq təşkilatının rəhbərliyi altında keçirilən müsabiqəyə “Gəncə Şərab-2” ASC-nin istehsal etdiyi şərab məhsulları da çıxarılıb.

Qeyd edək ki, müsabiqənin aliliyini belə bir fakt təsdiq edir ki, anonim sorğu aparan müsabiqə komissiyasının tərkibinə Fransa, Böyük Britaniya, Koreya, Kanada, Sloveniya, Slovakiya, Ukrayna, Polşa, Belarus, Rusiya, Macarıstan, İtaliya, Almaniya, Gürcüstan, Çexiya, Rumuniya, Moldova kimi dövlətlərin tanınmış mütəxəssisləri, alimləri daxil edilib. Müsabiqədə Azərbaycanı təmsil edən, “Gəncə Şərab-2” MMC-nin sədr müavini, baş şərabçı Elbrus Əhmədov iştirak edib. Digər tərəfdən, Moldova Prezidentinin bu müsabiqəyə qatılması, ayrı-ayrı ölkələrin nümayəndələri, onların gətirdikləri şərab məhsulları ilə yaxından tanış olması bu beynəlxalq müsabiqənin necə böyük əhəmiyyət kəsb etdiyindən xəbər verir.

Müsabiqədə müxtəlif Avropa ölkələrində istehsal olunan 450 şərab nümunəsi arasında Gəncə şərabları özünəməxsus keyfiyyəti ilə komissiya üzvlərinin böyük marağına səbəb olub və onlar ən ali mükafatlara layiq görülüb. Müsabiqəyə təqdim olunan Rkasteli və Bayan üzüm sortlarından hazırlanan “Hilside Classiko” ağ desert şərabı “Qran Pri” mükafatına layiq görülüb. Bu isə müəssisənin son illərdə necə böyük inkişaf yolu keçdiyindən xəbər verir. Elbrus Əhmədov Avropa ölkələrinin nümayəndələrinin Azərbaycan məhsullarının dadından və keyfiyyətindən razı qaldıqlarını, öz heyranlıqlarını gizlətmədiklərini bildirib.

Kabarne-Sovinyon üzüm sortundan hazırlanmış "Hilside Rezerv", Saperavi üzüm sortundan hazırlanmış "Hilside Saperavi" və müxtəlif şərab materiallarından kupaj üsulu ilə hazırlanmış "Hilside kuvee" qırmızı turş şərabı da qızıl medala layiq görülüb.

Bu, Azərbaycanın üzümçülük və şərabçılıq sahəsində əldə olunan ən böyük uğurlarından biridir. Müəssisə rəhbərliyi əldə olunan uğurları ölkə Prezidenti cənab İlham Əliyevin respublikada üzümçülüyün və şərabçılığın inkişafı üçün gördüyü böyük işlərin nəticəsi kimi qiymətləndirir.


Xalq qəzeti.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT