Gəncə çayının sol sahilində salınacaq bulvar kompleksi şəhərin bu hissəsinə xüsusi yaraşıq vərəcək

Gəncə çayının sol sahilində salınacaq bulvar kompleksi şəhərin bu hissəsinə xüsusi yaraşıq vərəcək
Gəncə çayının sol sahilində salınacaq yeni bulvar Nizami prospektində Gəncəçay körpüsündən Heydər Əliyev prosketinə qədər olan ərazini əhatə edəcək. Gəncə memarlığına xas olan layihə əsasında salınacaq bulvardakı tikililər şəhərin simasına xususi yaraşıq verəcək. Yeni bulvar kompleksində inşa ediləcək tikililər Gəncənin simasını dəyişərək buranı şəhər sakinlərinin, yerli və xarici turistlərin sevimli istirahət məkanına çevirəcək.

Layihəyə uyğun olaraq, bulvarda “Bayraq muzeyi”, 7 ədəd müxtəlif bloklu 9 mərtəbəli yaşayış binaları, yataqxana inşa ediləcək. Binaların birinci mərtəbəsində iaşə obyektləri, alış-veriş mərkəzləri fəaliyyət göstərəcək. yaşayış binası, tələbələr üçün yataqxana inşa ediləcək. Yeni salınan bulvar layihəsində qapalı və açıq stadionların tikintisi də öz əksini tapıb.

Qeyd edək ki, çayın sol sahilində Uşaq Gənclər İdman Mərkəzi üçün yeni bina, Heydər Əliyev Fondunun dəstəyi ilə Məhsəti Gəncəvi Mərkəzi tikilərək istifadəyə verilib. Mərkəzin qarşısında XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin abidəsi ucaldılıb.

Xatırladaq ki, Gəncə çayın sahilində bulvarın salınması işlərinə ilk dəfə 4 il bundan qabaq başlanılıb. Layihəyə uyğun olaraq Gəncə çayının şəhər ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılıb, ümumi uzunluğu 2,4 kilometr olan betondan istinad divarı çəkilib və çayın yatağı təmizlənərək məcrası yenidən qurulub. Çayın sağ sahilində 34 hektar ərazidə bulvar salınıb.

Bulvar kompleksində Bayraq meydanı, Mətbuat evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, “Əli və Nino” kompleksi, Saat qülləsi, kinoteatr, həmçinin müxtəlif restoran və kafelər istifadəyə verilib. Bulvarda fəvvarələr quraşdırılıb, sahil boyunca müxtəlif heykəllər qoyulub, mövsümi və dekorativ ağaclar əkilib. Gəncə çayının sağ və sol hissəsini birləşdirən piyadalar üçün körpü yenidən qurularaq müasir vəziyyətə gətirilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT