Müasir tikililər Gəncəyə xüsusi yaraşıq verəcək

Müasir tikililər Gəncəyə xüsusi yaraşıq verəcək

Gəncə çayının sol sahilində salınacaq yeni bulvar şəhərin bu hissəsinə xüsusi gözəllik bəxş edəcək. Bulvarın girişi, yəni Nizami prospektinin Gəncə çayı üzərindəki körpüdən şəhərin mərkəzinədək olan hissə genişləndiriləcək. Prospekt boyunca 7 ədəd 9 mərtəbəli yaşayış binası inşa ediləcək. Gəncə çayının sahilində salınan yeni bulvardakı tikililər isə qədim Gəncənin müasir simasını tamamilə dəyişərək buranı həm şəhər sakinlərinin, həm də yerli və xarici turistlərin sevimli istirahət məkanına çevirəcək.

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2018-ci ilin birinci rübündə şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verib.

Əvvəlcə, Gəncə çayının sol sahilində görüləcək işlərin ümumi planı ictimaiyyətə təqdim olunub.

Bildirilib ki, Gəncə çayı sahilində bulvarın salınması işlərinə ilk dəfə 4 il bundan qabaq başlanılıb. Layihəyə uyğun olaraq, görülən işlər çərçivəsində Gəncə çayının şəhər ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılıb. Çayın yatağı təmizlənib, məcrası isə yenidən qurularaq, hər iki tərəfdə ümumi uzunluğu 2,4 kilometr olan betondan istinad divarı çəkilib.

Çayın sağ sahilində ilkin olaraq 34 hektar ərazidə bulvar salınıb. İstirahət məkanında Bayraq meydanı, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, “Əli və Nino” kompleksi, Saat qülləsi, kinoteatr, həmçinin müxtəlif restoran və kafelər istifadəyə verilib. Bulvarda fəvvarələr quraşdırılıb, sahil boyunca müxtəlif heykəllər qoyulub, ağaclar əkilib, çoxsaylı dekorativ çiçək və gül kollarından ibarət yaşıllıq salınıb. Vaxtilə Gəncə çayının sağ və sol hissəsini birləşdirən piyadalar üçün metal konstruksiyadan tikilmiş körpü yenidən qurularaq müasir vəziyyətə gətirilib.

Həmçinin çayın sol sahilində Uşaq Gənclər İdman Mərkəzi üçün yeni bina və Heydər Əliyev Fondunun dəstəyi ilə Məhsəti Mərkəzi tikilib. Mərkəzin qarşısında 12-ci əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin heykəli ucaldılıb, ətrafdakı park abadlaşdırılıb.

Qeyd edilib ki, layihənin ikinci mərhələsində Gəncə çayının sol sahilində bulvarın salınması planına uyğun olaraq subasarda məskunlaşmış ailələrin qarşılıqlı razılaşma əsasında köçürülməsinə başlanılıb. Bu vaxta qədər 130 ailə əvvəlki yaşayış yerlərinin ümumi həcmindən bəzi hallarda iki dəfə böyük yeni, hər bir şəraiti olan evlə təmin edilib. Layihəyə uyğun olaraq daha 26 ailənin köçürülməsi 1 ay müddətinə yekunlaşmalıdır.

Ailələrin köçürülməsi prosesi başa çatdıqdan sonra bulvar boyunca kommunikasiya xətlərinin çəkilməsi və torpaq-bərkitmə işlərinin aparılmasına başlanılacaq.

Layihəyə uyğun olaraq, bulvarda “Bayraq muzeyi”, yaşayış binası, tələbələr üçün yataqxana inşa ediləcək. Yeni salınan bulvar layihəsində qapalı və açıq stadionların tikintisi də öz əksini tapıb.

Müxtəlif təyinatlı binaların tikintisi üçün tenderin elan olunacağını qeyd edən Elmar Vəliyev bildirib ki, layihənin icrası sərmayədarların qoyduğu sərmayə hesabına həyata keçiriləcək. İş adamlarının təqdim edəcəyi layihələrə baxılacaq və şəhərin ümumi memarlıq prinsiplərinə uyğun, xüsusən bulvara yaraşıq verəcək layihələrin icrasına icazə veriləcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT