Gəncədə “Zəriflik” festivalının açılışı olub

Gəncədə “Zəriflik” festivalının açılışı olub
Mədəniyyət Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Zəriflik” Beynəlxalq Musiqi Festivalının açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, festivalda Azərbaycan, Rusiya, ABŞ, Ukrayna və Gürcüstandan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edir. Festivalda Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrı nümayəndə heyəti ilə təmsil olunur.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək akademik Zərifə Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən danışıb. O deyib ki, Z. Əliyeva elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan mədəniyyətinə hər zaman diqqət ayırıb.

Festivalın bədii rəhbəri SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Festival münasibəti ilə Gəncə şəhər sakinlərini təbrik edib.

Festivalın açılış mərasimində xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrı çıxış edib.

Konsertdə Azərbaycan Respublikasının xalq artistləri Samir Cəfərov və Fərhad Bədəlbəyli (piano), əməkdar artistlər Səbinə Əsədova (mezzo-soprano) və Fəridə Məmmədova (soprano), Teymuraz Ququşvili (tenor, Gürcüstan), Olqa Naqornaya (soprano, Ukrayna), Aygün Bayramova (xanəndə), Samir Cəfərov (tenor), Ehtiram Hüseynov (xanəndə), Ceyla Seyidova (violin), Olga Naqornaya (soprano, Ukrayna), Taleh Yahyayev, Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrının solistləri İqor Korostılyov və Anastasiya Barun ilə yanaşı digər tanınmış musiqiçilərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi səsləndirilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT