Elmar Vəliyev Macarıstanın Azərbaycandakı səfirini qəbul edib

Elmar Vəliyev Macarıstanın Azərbaycandakı səfirini qəbul edib

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyini qəbul edib

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir. Səfər çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşən səfir Viktor Sederkenyiyə Gəncənin mədəniyyəti, tarixi və bu günü barədə ətraflı məlumat verilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə isə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət paytaxtı statusunu daşıyan Gəncə, 2019-cu il üçün "Avropanın İdman Şəhəri" tituluna namizəddir. Həyata keçirilən irimiqyaslı tikinti layihələrindən söz açan şəhər rəhbəri, qeyd edib ki, Gəncədə 50 milyon avro dəyərində su və kanalizasiya sisteminin yenidərqurulması layihəsi icra olunur.

Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Gəncədə olmaqdan məmnunluq hissi bildirib. Səfərinin bir neçə məqsədi olduğunu qeyd edən səfir, Macarıstanda kənd təsərrüfatı sahəsinə daha çox diqqətin ayrıldığını bildirib. O, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Macaristan Aqrar Universiteti arasında mövcud olan əməkdaşlıq əlaqələrindən danışaraq, hər iki universitet arasında həyata keçirilən tələbə və müəllim mübadiləsindən söz açıb. Macarıstanın Azrbaycanla digər sahələrdə də əməkdaşlıqda maraqlı olduğunu dilə gətirən səfir Viktor Sederkenyi, Gəncədə müştərək layihələrin icrasının mümkünlüyündən danışıb. Söhbət zamanı komunal və aqrar sahələri əhatə edən layihələr müzakirə olunub.

Qeyd edək ki, görüşdə Macarıstanın İqtisadi məsələlər üzrə birinci dərəcəli müşaviri Şandor Kapitani, Macarıstan Ticarət Evinin Bakıdakı nümayəndəliyinin icraçı direktoru İbrahim İsmayılov, Macarıstan Ticarət Evinin Bakıdakı nümayəndəliyinin müşaviri Anar Kərimov da iştirak edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
23 fevralda gözlənilən hava şəraiti
23 fevralda gözlənilən hava şəraiti
Bakıda və Abşeron yarımadasında fevralın 23-də havanın dəyişkən buludlu
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
Fevralın 22-də ölkənin aparıcı kütləvi informasiya vasitələri
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur
Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin əhatə
reklam
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən
Goranboy Rayon Mədəniyyət Mərkəzində
Goranboy Rayon Mədəniyyət Mərkəzində "Xocalı faciəsi" ilə bağlı olaraq tədbir keçirilmişdir.
Tədbirdə rayon MKS-nin, rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəsm
Amerikanın azərbaycanlı iş adamı
Amerikanın azərbaycanlı iş adamı - Şuşadan Vaşinqtona gedən YOL...
Ağıllı, əzmkar, çalışqan gəncləri görəndə adamın ürəyi dağa dönür. Zarafat
 
XİA.az - TƏQDİMAT