Gəncədə 'Fiziki məhdudiyyətli şəxslərlə davranış qaydaları' adlı təlim keçirilib

Gəncədə 'Fiziki məhdudiyyətli şəxslərlə davranış qaydaları' adlı təlim keçirilib
"ASAN Könüllüləri" Təşkilatı Sağlamlıq İmkanları Məhdud Gənclərlə İş departmenti Gəncə "ASAN Xidmət" mərkəzi könüllüləri və GDU-nun tələbələrinə "Fiziki məhdudiyyətli şəxslərlə davranış qaydaları" haqqında təlim keçib.

Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər Təşkilatı və Gəncə "ASAN Xidmət" mərkəzinin dəstəyi ilə keçirilən tədbir GDU-da baş tutub. Təlim "ASAN Könüllüləri" Təşkilatı Sağlamlıq İmkanları Məhdud Gənclərlə İş departmentinin müdiri Sənan Ələsgərovun həyat və fəaliyyətindən bəhs edən qısametrajlı videonun nümaişi ilə başlayıb.

Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva tədbir iştirakçılatını salamlayaraq inklüziv təhsilin Azərbaycanda prioritet istiqamətlərindən olduğunu, əlil gənclərin daim dövlətin qayğı və diqqəti ilə əhatə edildiyini bildirib. O qeyd edib ki, GDU-nun yeni 5-ci tədris binasında “Əlilliyi olan tələbələr üçün mərkəz”yaradılıb. “Əlilliyi olan tələbələrin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası” məqsədi ilə yaradılan mərkəz müxtəlif avadanlıq və dərs vəsaitləri ilə təchiz olunub. Yaxın günlərdə mərkəzin rəsmi açılışı planlaşdırılır.

Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Şövkət Mirşahin qeyd edib ki, əlillərin rifah halının yaxşılaşdırılması, problemlərinin həlli ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Bunu əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlardan, dövlət əhəmiyyətli proqramlardan da aydın görmək olur. Məhz bu islahatların nəticəsində əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər, təhsilə və əmək fəaliyyətinə cəlb olunurlar.

"ASAN Könüllüləri" Təşkilatı Sağlamlıq İmkanları Məhdud Gənclərlə İş departmentinin müdiri Sənan Ələsgərov onlar üçün yaradılan şəraiti yüksək qiymətləndirib. O qeyd edib ki, bu gün əlil gənclər də rahatlıqla ASAN könüllülərin sırasına qoşula və ASAN Xidmət mərkəzlərində çalışa bilirlər. Layihənin keçirilməsinin əsas məqsədinə də toxunan Sənan Ələsgərov qeyd edib ki, cəmiyyət əlil insanlarla davranış zamanı müəyyən nüanslara diqqət etməlidir.

Çıxışlardan sonra təlimçi Azər Əlizadə "Fiziki məhdudiyyətli şəxslərlə davranış qaydaları" barədə seminar keçib.

Qeyd edək ki, bu tip təlimlər Gəncədən öncə Qəbələ, Bakı, Quba, Sabirabad keçirilib.

Diskusiya şəkilində davam edən təlimin sonunda təşkilatçı və dəstək göstərən orqan rəhbərlərinə "Təşəkkürnamə" təqdim olunub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT