Elmar Vəliyev Erkan Özoralı qəbul edib

Elmar Vəliyev Erkan Özoralı qəbul edib
“Azərbaycan Xalq Cümhurıyyətı: Azərbaycan Dövlətçilik Tarixinin Parlaq Səhifəsi”
Gəncədə AMEA-nın A.A.Bakixanov adına Tarix İnstitutu, T.C.Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı Səfirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan Dövlətçilik Tarixinin Parlaq Səhifəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq konfransda 14 xarici ölkə (Rusiya, Pakistan, Hindistan, Gürcüstan, Misir, Özbəkistan, Şimali Kipr, Ukrayna, Belarus, Moldova, Polşa, Albaniya, Qazaxıstan və sair) ümumilikdə 40-a yaxın elm adamı ilə təmil olunub.
Konfransda Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Milli Məclisin deputatları, respublikamızda fəaliyyət göstərən bir çox elm və təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm xadimləri iştirak ediblər.
Konfrans iştirakçıları və qonaqlar əvvəlcə Heydər Əliyevin adını daşıyan park-kompleksdə ulu öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini özündə əks etdirən fotolar və sənədlərlə tanış olublar. Həmçinin Mərkəzdə AMEA-nın Tarix İnstitutunun nəşr etdiyi 4 500 elmi əsər və kitabın sərgisi nümayiş olunub.
Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konfransda Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, konfrans iştirakçılarını salamlayıb və Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncədə dünyaya gəlmiş, yaşayıb-yaratmış dahi insanlardan söz açıb. Beynəlxalq elmi konfransın Gəncədə keçirilməsinin əhəmiyyətindən danışan şəhər rəhbəri, onun işinə uğurlar diləyib.
AMEA adından konfrans iştirakçılarını salamlayan İctimai Elmlər üzrə akademik-katib, akademik Nərgiz Axundova, çıxışı əsanasında AXC dövründə qəbul edilən qədarlar və onların önəmindən söz açıb. 100 il əvvəl qəbul edilən qərarların yüksək tarixi əhəmiyyətindən danışıb.
Tarix İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, akademik, Milli Məclisin Deputatı Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yaranan Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi aradan qaldıraraq bütün vətəndaşların hüquq bərabərliyini təmin edib. Müasir Azərbaycan Respublikası AXC-nin varisidir. Alim AMEA-nın Tarix İnstitutu tərəfindən AXC tarixinə dair sanballı əsərlərin, o cümlədən ikicildlik ensiklopediyanın nəşr edildiyini bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi köklərə bağlı olduğunu söyləyib və bu münasibətlərin müasir dövrdə də qorunub saxlanıldığını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğu və qardaşlığı sayəsində ölkələrimiz sürətlə inkişaf etməkdədir. Erkan Özoral qeyd edib ki, Türkiyə dövlətinin qurucusu, qazi Mustafa Kamal Atatürk və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri əsrlərboyu xalqlarımız tərəfindən ehtiramla yad olunacaq.
Türk Tarixi Kurumu başkanı, professor-doktor Rəfik Turan, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü Andrey Kudryaçenko, Azərbaycandakı Misir səfirliyinin Mədəniyyət və Təhsil əlaqələri Mərkəzinin müdiri Əhməd Sami konfransda geniş şəkildə çıxış edərək öz dəyərli fikirlərini iştirakçılar ilə bölüşüblər.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu ilə “Akademik Tarix ve Düşüncə” jurnalı, habelə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu ilə Türkiyədəki Strateji Düşüncə İnstitutu arasında ikitərəfli elmi-əməkdaşlıq müqavilələri imzalanıb.
“Azərbaycan Xalq Cümhurıyyətı: Azərbaycan Dövlətçilik Tarixinin Parlaq Səhifəsi” mövzusuna həsr olunan beynəlxalq konfransın AXC hökümətinin fəaliyyət göstərdiyi tarixi binada, həmçinin AMEA-nın Gəncə Bölməsində bölmə iclasları ilə davam edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Abbas Bağırov köməkçisini bağışladı
Abbas Bağırov köməkçisini bağışladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən
Canavarlar kəndlərə hücum edir
Canavarlar kəndlərə hücum edir - Nazirlik hərəkətə keçdi
oranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum
Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq
Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq
“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu
reklam
Sinoptiklər şaxtalı hava vəd edirlər
Sinoptiklər şaxtalı hava vəd edirlər
Fevralın 20-də Bakı və Abşeron yarımadasında yağıntının səhər tədricən
İlham Əliyev çoxmənzilli binalarla bağlı fərman imzaladı
İlham Əliyev çoxmənzilli binalarla bağlı fərman imzaladı
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə
Bakıda silah gəzdirən Masallı sakini tutuldu
Bakıda silah gəzdirən Masallı sakini tutuldu - FOTO
Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən
 
XİA.az - TƏQDİMAT