Son 7 il: - Gəncənin müasirləşmə, inkişaf mərhələsi

Son 7 il:
Bəzən geriyə baxmaq, günlərin, ayların cilalanmasından yaranan illərin fonunda bir ümumiləşdirmə aparmaq zərurətə çevrilir. Quş. kimi uçub gedən illər dünənimizin hesabatı, bu günümüzdən sabahımıza ümid, inam baxışı olur. Qədim Gəncə şəhərinin son 7 ilinə dönüb nəzər salsaq, illərin 4 min yaşlı Nizami yurdunun ən yeni tarixinə yazdığı xarüqələrin, möcüzələrin şahidi olarıq. Prezident cənab İlham Əliyevin qayğı və diqqəti, xalqımızın vətənpərvər, dövlətə və dövlətçiliyimizə sədaqətli övladlarının gücü, qüdrəti sayəsində Gəncə qədim Şərq ənənələrinini saxlamaqla günü-gündən müasirləşib, gözəlləşib dünyanın aparıcı şəhərləri ilə müqayisə ediləcək dərəcədə inkişaf edib.

Gəncə qısa zaman kəsiyində illəri qabaqlayaraq nağıllar diyarına çevrilib. İrimiqyaslı infrastruktur layihələrin, geniş abadlıq-quruculuq işlərinin yorulmadan həyata keçirilməsi, Nizami yurdunun dinamik inkişafından xəbər verir. Şəhərin mərkəzi hissəsi təmamilə yenidən qurulub. Gəncənin möhtəşəm tarixi keçmişini, maddi və mənəvi sərvətini əks etdirən Şah Abbas Məscidi, Çökək Hamam, şəhər İcra Hakimiyyətinin binası, Ulu öndər Heydər Əliyevin adını daşıyan şəhərin baş meydanı, müasir memarliq üslubunda tikilmis Gəncə Dövlət Filarmoniyası, “Gəncə Mall” ticarət mərkəzi, “Majestic Palace” və “VEGO” otelləri, yeni istifadəyə verilmiş yeraltı keçidlər, daş üzlüklərlə əvəzlənən nəqliyyat yolları ilə vəhdət təşkil edir.

Şəhərin iqtisadi yüksəlişinin, sosial tərəqqisinin fonunda darısqal küçələr, prospektlər, yollar, yöndəmsiz, qeyri-qanuni tikililər bir-bir sökülüb əvəzində geniş və asfalt yollar, küçələr, prospektlər, xiyabanlar salınıb. Tariximizi yaşadan, Vətənə sevgi duyğuları aşılayan bir-birindən gözəl muzeylər, parklar, abadlaşdırılan və genişləndirilən küçələr, fasadlarına yeni görkəm verilən, dam örtüyü mansardla əvəzlənən binalar, tarixi-memarlıq abidələrinin bərpası bu qədim şəhərin ən yeni tarixinə atılan uğurlu imzalardır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Gəncədə Cavad xan, Məhsəti, Natəvan, Sadıllı, Şeyxzamanlı qəsəbələri yaradılıb, 332 küçəyə şəhid və Milli Qəhrəmanlarımızın adı verilib. Nizami yurdu 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı adını fəxrlə daşıyıb. Uşaq Gənclər İdman Mərkəzi üçün yeni bina və Heydər Əliyev Fondunun dəstəyi ilə Məhsəti Mərkəzi tikilib. Mərkəzin qarşısında XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin heykəli ucaldılıb. Ulu öndərin adını daşıyan Park-Kompleks, Heydər Əliyev Mərkəzi, Zəfər Tağı, Amfiteatr, süni göl, Nizami Gəncəvi Muzeyi, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi, Mirzə Şəfi Vazeh Muzeyi, Əziz Əliyev parkı, qiymətli və zəngin eksponatları ilə qədim Gəncənin möhtəşəm tarixi kecmişini, maddi və mənəvi sərvətini əks etdirməklə hər birimizdə qürur hissi yaradıb.

Şəhərdə sahibkarlığın inkişafı istiqamətində müasir standartlara çavab verən ticarət mərkəzlərinin istifadəyə verilməsi yeni iş yerlərinin açılmasında mühüm addım olub. Alış-veriş mərkəzində sənaye, tikinti, kənd təsərrüfatı və digər sahələrdə istehsal edilən məhsulların satışı təşkil edildi. Otel, restoran ,kafe, əyləncə mərkəzləri, kinoteatrlar gəncəlilərin və bura üz tutan qonaqların asudə vaxtını mənali keçirməsinə şərait yaradıb.

4 il əvvəl Gəncə çayı sahilində salınmasına başlanılan bulvar bu gün gözəlliyi göz oxşayan istirahət məkanına çevrilib. Bulvarda fəvvarələr quraşdırıldı, sahil boyunca müxtəlif heykəllər qoyuldu, ağaclar əkildi, çoxsaylı dekorativ çiçək və gül kollarından ibarət yaşıllıq salındı. Vaxtilə Gəncə çayının sağ və sol hissəsini birləşdirən piyadalar üçün metal konstruksiyadan tikilmiş körpü yenidən qurularaq müasir vəziyyətə gətirilib. Bayraq meydanı, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, “Əli və Nino” kompleksi, Saat qülləsi, kinoteatr, həmçinin müxtəlif restoran və kafelər bulvarın ərazisində fəaliyyət göstərir.

Gəncənin müasir tarixində ən böyük sosial layihə olan içməli su xətlərinin və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir. Əhaliyə verilən suyun keyfiyyətinin yüksəldilməsi, eləcə də sakinləri gün ərzində fasiləsiz içməli su ilə təmin etmək məqsədilə aparılan layihə çərçivəsində sovet dövründən qalan və istismar müddətini başa vurmuş müxtəlif diametrli su və kanalizasiya xətləri yenilənir. Layihəsinin icrası ilə əlaqədar qazıntı işləri aparılan küçələrə asfalt döşənir.

Ölkəmizdə dini–tarixi abidələrə göstərilən diqqət və qayğı, həssas münasibət Gəncədə də ilk baxışda nəzərə çarpır. Prezident İlham Əliyevin sərəncamları ilə “İmamzadə” dini kompleksində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, müvafiq infrastruktur yaradılıb. Hazırda bu kompleks nəinki Azərbaycanın, eləcə də bütün İslam dünyasının ən möhtəşəm və əzəmətli dini mərkəzlərindən birinə çevrilib.

Gəncədə bir çox tarixi abidələrin bərpa edildiyini, yeni muzeylərin, mədəniyyət mərkəzlərinin yaradıldığını, görkəmli ictimai-siyasi, mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirildiyini, həmçinin şəhərin qədim tarixinin, zəngin mədəniyyətinin təbliği istiqamətində Hacıkənd qəsəbəsinin mərkəzində yeni park salınıb. “Nizami Gəncəvi: sələflər və xələflər” adlanan parkda Nizami Gəncəvi başda olmaqla Gəncə mühitinin yetişdirdiyi şair, yazıçı və öz dövründə hünər sahibi olmuş, əlinin əməyi, biləyinin gücü ilə fərqlənmiş şəxslərin heykəlləri ucaldılıb. Gələcəkdə parkın ərazisində “Nizami Gəncəvi: sələflər və xələflər” muzeyinin tikintisi də planlaşdırılır. Burada Nizami Gəncəvinin, həmçinin ondan əvvəl və sonra yaşamış şair və yazıçıların, alim və filosofların, tarixi və əfsanəvi qəhrəmanların haqqında dünyanın qədim kitabxana və əlyazma institutlarında, ayrı-ayrı mənbələrdə saxlanılan əsərlərin fotosurəti, eləcə də həmin dövrü əks etdirən bir çox tarixi eksponatlar nümayiş etdiriləcək. Belə ki, Nizami yurdunda həyata keçiriləcək genişmiqyaslı inşaat işlərinin davamı olaraq Gəncə çayının sol sahilində salınacaq yeni bulvar şəhərə xüsusi gözəllik bəxş edəcək. Bulvarın girişi, yəni Nizami prospektinin Gəncə çayı üzərindəki körpüdən şəhərin mərkəzinədək olan hissə genişləndiriləcək. Prospekt boyunca 7 ədəd 9 mərtəbəli yaşayış binası inşa ediləcək. Gəncə çayının sahilində salınan yeni bulvardakı tikililər isə qədim Gəncənin müasir simasını tamamilə dəyişərək buranı həm şəhər sakinlərinin, həm də yerli və xarici turistlərin sevimli istirahət məkanına çevirəcək. Layihəyə uyğun olaraq, bulvarda “Bayraq muzeyi”, yaşayış binası, tələbələr üçün yataqxana inşa ediləcək. Yeni salınan bulvar layihəsində qapalı və açıq stadionların tikintisi də öz əksini tapıb.

Bu il tikintisinə başlanılacaq Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı üçün yeni binası və dünya standartlarına çavab verən İdman sarayı Gəncənin gözəlliyinə yeni bir çalar qatacaq.

Öz tarixinin inkişaf dönəmini böyük coşqu ilə yaşayan Gəncənin bu günü şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qürur və fəxr hissi ilə vurğuladığı kimi “Bu gün həyatımızın bütün sahələrində qazanılmış uğurlar ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlanan və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə çağdaş dövrün çağırışlarına uyğun həyata keçirilən islahatların nəticələri və bəhrələridir”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu
Hacı Şahin Həsənlinin xütbədə söylədiyi müzakirə doğurdu
İlahiyyatçı: “Namaz qılıb özündən razı olmaq və araq içib özündən narazı
Türkiyədə “McDonalds”lar bağlana bilər
Türkiyədə “McDonalds”lar bağlana bilər
Xəbər verdiyimiz kimi, Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq
Qazaxda ailənin tək oğlan övladı çayda batıb
Qazaxda ailənin tək oğlan övladı çayda batıb
Uzaqdan onun batdığını görən uşaqlar valideynlərinə xəbər veriblər. Kənd
reklam
İlham Əliyev yol tikintisinə 9,1 milyon manat ayırdı
İlham Əliyev yol tikintisinə 9,1 milyon manat ayırdı
Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər
Azərbaycanlı mayor özünü güllələyərək öldürdü
Azərbaycanlı mayor özünü güllələyərək öldürdü - Astanada dəhşətli intihar
Qazaxıstanın paytaxtı Astanada, Karaqanda və Pavlodar vilayətlərini
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
Gəncədə kişi həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib
1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq
 
XİA.az - TƏQDİMAT