Hacıkənd Yay Düşərgəsi - 2018

Hacıkənd Yay Düşərgəsi
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncənin Hacıkənd qəsəbəsində “Gəncə - Avropanın İdman Şəhəri 2019” layihəsinin təbliğatına həsr olunan region gənclərinin “Hacıkənd Yay Düşərgəsi - 2018" təşkil edilib. 5 gün davam edəcək “Hacıkənd Yay Düşərgəsi - 2018" Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, YAP Gəncə şəhər Təşkilatı, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İB və Azərbaycan Skautlar Assosiasiyasının dəstəyi ilə reallaşır.

Düşərgənin açılış mərasimində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev iştirak edib, yay düşərgəsinin mühüm əhəmiyyətə malik bir tədbir olduğunu vurğulayıblar. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan layihənin əsas məqsədi Qərb bölgəsində düşərgə ənənəsini yaratmaqla, Gəncənin 2019-cu il üçün Avropanın İdman Şəhəri seçilməsini ölkə səviyyəsində təbliğ etmək, bununla bərabər gənclərin asudə vaxtlarının və yay istirahətlərinin daha səmərəli təşkilinə köməklik göstərməkdir. Layihədə 14-29 yaş arası 80-ə yaxın gənc və 15 təşkilatçı iştirak edir.

Geniş diskussiya şəraitində keçən açılış mərasimində Naqif Həmzəyev və Müşfiq Cəfərov iştirakçıları maraqlandıran suallara ətraflı cavab verib, onlara uğurlar arzu ediblər.

Düşərgə müddətində iştirakçı gənclər “Gəncə - Avropanın İdman Şəhəri 2019” titulu, turizmin inkişafında gənclərin rolu, sosial biznes, gənclər evləri və yaradılan imkanlar mövzusunda sessiyalarda iştirak etməklə maariflənəcəklər. Əlavə olaraq düşərgə müddətində gənclər təbiətdə texniki işarələr, idman oyunları, ox-atma, yoqa, ilkin tibbi yardım və s. kimi praktiki fəaliyyətlərə cəlb olunacaq, o cümlədən təqdimatlar, müzakirələr və yürüşlərdə iştirak edəcəklər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT