Niyazi Bayramov vətəndaşların növbəti fərdi qəbulunu keçirib

Niyazi Bayramov vətəndaşların növbəti fərdi qəbulunu keçirib

Qəbulda 60-a yaxın Gəncə sakininin şikayət və təklifləri dinlənilib. Müraciətlər arasında işlə təminat, vətəndaşlara torpaq sahələrinin verilməsi, qəzalı vəziyyətdə olan binaların təmiri, dam örtüklərinin dəyişdirilməsi kimi məsələlər üstünlük təşkil edib.

Müraciətlərə cavab olaraq bildirilib ki, vətəndaşlara torpaq sahələrinin verilməsi Kəpəz və Nizami Rayon Bələdiyyələri tərəfindən növbəli şəkildə həyata keçiriləcək. Gəncə Şəhər Kəpəz və Nizami Rayon Bələdiyyələrinə növbədə olan vətəndaşların yenilənmiş siyahısının tərtib olunması tapşırılıb.

Yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi məsələsinə gəldikdə isə qeyd olunub ki, hazırda Gəncədə 2, 3, 5, 7 və 9 mərtəbəli olmaqla ümumilikdə 360-dan çox binanın dam örtüyü yenilənməlidir. Çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi diqqətdə saxlanılan və həlli vacib məsələlərdən biridir. Bu istiqamətdə də lazımi addımlar atılacaq.

“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Gəncə şəhər bölməsinin üzvləri də qəbulda iştirak ediblər. Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramova məlumat verilib ki, Gəncədə 500-dən çox şəhid ailəsi, 400-dən çox Qarabağ Müharibəsi Əlili yaşayır. İctimai Birliyin üzvləri onları narahat edən məsələlərlə yanaşı bir sıra təkliflərlə də çıxış ediblər.

Qəbulda dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.

Ganjanews.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17
Dövlət Miqrasiya Xidmətində təlim
Dövlət Miqrasiya Xidmətində təlim
Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və
reklam
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
 
XİA.az - TƏQDİMAT