Gəncədə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib VİDEO

Gəncədə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri

Sentyabrın 13-də Gəncə şəhərində “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Naftalan şəhər, Goranboy, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər və Xocalı rayon icra hakimiyyətlərinin, habelə Daxili İşlər və Ədliyyə nazirliklərinin, Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli strukturlarının rəhbərləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminar-müşavirədə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün də qorunub saxlanıldığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə insanların dini etiqad və vicdan azadlığı təmin olunub. Respublikanın hər yerində olduğu kimi, Gəncədə də İslami dəyərlər qorunur. Hazırda şəhərdə 1 ziyarətgah və 6 məscid fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov vurğulayıb ki, Azərbaycanda tarixən formalaşan tolerantlıq mühiti dünya üçün bir nümunədir. Ölkəmizdəki dini və etnik tolerantlıq, multikulturalizm və birgə yaşayış modeli dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Əgər müstəqilliyimizin ilk illərində ölkəmiz dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun iştirakçısı idisə, hazırda Azərbaycan dünyada gedən bu prosesin hərəkətverici qüvvəsinə çevrilib.

Səyavuş Heydərov onu da qeyd edib ki, ölkəmizin inkişafını istəməyən qüvvələr tərəfindən Azərbaycana sadəcə siyasi yox, həm də dini müstəvidə təsirlərin göstərilməsinə, yad dini ideologiyaların ixrac edilməsinə cəhdlər olunur. İslam dininin xurafat formasında təqdim olunması və siyasiləşdirilmiş formada genişləndirilməsi bu təxribatçı qüvvələrin məqsədidir. Belə seminar-müşavirələrin keçirilməsi bu proseslər barədə vətəndaşları, xüsusilə də gəncləri maarifləndirmək məqsədi daşıyır.

Sədr müavini, eyni zamanda, Məhərrəm ayı və qarşıdan gələn Aşura günü ilə bağlı tövsiyələrini verib. Bildirib ki, Aşura mərasiminin keçirilməsi dərs dövrünə təsadüf edir və həmin gün şagirdlər dərsdə olmalıdırlar. Uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət edilməli və onlar dərsdən yayındırılmamalıdırlar.

Tədbirdə Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsaslarından geniş bəhs edib. Natiq “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunduğunu vurğulayıb, dini ekstremizmə qarşı mübarizənin məqsədlərindən və əsas prinsiplərindən danışıb. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu barədə də məlumat verən E.Abbasov deyib ki, Qanuna əsasən terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi, dünyəvi təhsil alınmasına mane olma və digər hallar dini ekstremist fəaliyyətlə məşğul olma kimi dəyərləndirilir.

Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev dini radikalizm və dini ekstremizmə qarşı mübarizə çərçivəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən danışıb, təmsil etdiyi qurumun müvafiq sahədə həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. O.Tağıyev dini radikal və ekstremist fəaliyyətin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək, ona qarşı müştərək mübarizənin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi hacı Tahir Abbasov dövlətin dinə və dindarlara qayğısından danışıb. Hazırda Gəncədə dini vəziyyətin sabit olduğunu diqqətə çatdıran T.Abbasov deyib: “Gəncədəki hazırkı dini durumdan dindarlarımız razıdır və hər hansı bir narahatlıq yoxdur. Din-dövlət münasibətləri qaydasındadır. Dindarlar çox rahat şəkildə ibadət edirlər.”

Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Gəncədə Tasua və Aşuraya hazırlıqla bağlı məlumat verib. Bildirib ki, dini mərasimlər QMİ-nin fətvasında göstərilən tövsiyələrə uyğun icra olunacaq.

Tədbirdə, həmçinin dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış və bəzi xarici ölkələrdəki ekstremist terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filmi nümayiş olunub./ AZƏRTAC

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT