Rəfiqə Sadıqova - Ümidə işıq düşür

Rəfiqə Sadıqova

Məlum hadisələrdən sonra Gəncədə yaranmış gərginlikdən artıq əsər-əlamət qalmayıb. İndi insanların üzündəki təşviş də yoxa çıxıb. Şəhər sanki dərindən bir nəfər alaraq özünə gəlib. Sözünü demək və dərdinə əlac tapmaq üçün ünvan var. Hər həftə şəhərin müxtəlif istiqamətlərində keçirilən açıq mikrofon və fərdi qəbul günlərində icra başçısı Niyazi Bayramov səbrlə, təmkinlə, qayğı ilə sakinləri dinləyir. Qəbula hər zümrədən olan insanlar gəlir. Səbrsizi, inadkarı, özünün dediyindən başqa doğru olan heç nəyi qəbul etməyənləri olur. Lakin icra başçısı heç təmkinini pozmadan, səsini ucaltmadan insanları sonadək dinləyir və onları başa salmağa çalışır. İnsanlara yalan-doğru vəd verilmir, hər şey qanun çərçivəsində konkret həllini tapır.
Bəzən qəzəbli, bəzən iddialı, bəzən də əsassız olan müraciətləri dinləmək, həmin məsələni qaldıranı razı salmaq çox çətin görünsə də, icra başçısı insanlara bəslədiyi xoş niyyəti ilə bunun öhtəsindən gəlir. Müraciətlərin çoxu yerindəcə həllini tapır. Araşdırılması lazım olan məsələlər nəzarətə götürülür.
İnsanlar bu qəbullara ümidlə gəlir, razılıqla dönürlər. Bəzən müraciət edən kimsə həyəcanlananda, ya da qəhər boğanda icra başçısının mehriban tərzdə dediyi: «Nə kömək edim sizə?» – sözü onu özünə qaytarır, inam verir, ümidinə işıq salır, gərginliyini azaldır.
İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun daha bir səyyar qəbulu bu dəfə şəhərin 1-ci mikrorayonunda oldu. Ərazidə yaşayan 50-yə yaxın vətəndaş, “açıq mikrofon” şəraitində keçən qəbulda öz müraciətini dilə gətirdi. Çoxmərtəbəli binalarda liftlərin təmiri və dam örtüklərinin yenilənməsi sakinlərin həllini istədikləri ümumi məsələlərdən idi. Qəbulda Cavad xan qəsəbəsinin sakinləri də iştirak edirdilər. Su, qaz və işıqla bağlı müraciət edən vətəndaşlara bildirildi ki, qəsəbədə yaxın günlərdə yeni transformator quraşdırılacaq.
Qazlaşdırılmayan ərazilərə mavi yanacağın çəkilişi isə 2019-cu ilə planlaşdırılır. Bundan başqa icra başçısı şəhərin Vəli Xuluflu küçəsindəki sənədsiz evlərin qanuniləşdirilməsi üçün qeydiyyata alınması istiqamətində göstəriş verdi. Torpaq sahəsi ilə təminatla bağlı müraciət edən sakinlərin növbəyə götürülmələri Kəpəz və Nizami rayon bələdiyyələrinə tapşırıldı. Səsləndirilən digər bir sıra problemlər yerindəcə öz həllini tapdı, ehtiyac olanların isə araşdırılması üçün aidiyyəti qurum və şəxslərə müvafiq tapşırıqlar verildi.

Rəfiqə Sadıqova

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT