Niyazi Bayramov şəhərin Gülüstan yaşayış sahəsinin sakinləri ilə görüşüb

Niyazi Bayramov şəhərin Gülüstan yaşayış sahəsinin sakinləri ilə görüşüb

Ölkə başçısının tapşırığı və tövsiyəsi ilə keçirilən görüşlərdən biri də Gəncənin Gülüstan qəsəbəsinində olub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun “Açıq mikrofon” şəraitində keçən səyyar qəbulunda 60-dan artıq sakinin şikayət və təklifi dinlənilib. Çoxbərtəbəli binaların dam ortüklərinin yenilənməsi və fasadlarının təmiri, binaların həyətlərində uşaq oyun meydançalarının yaradılması, ara küçələrin asfaltlanması kimi məsələlər müraciətlərin əsasını təşkil edib. Bununla yanaşı işlə təminat, torpaq sahəsi almaq üçün sakinlərin növbəyə götürülməsi kimi məsələlərə də toxunulub. Sakinlərə məlumat verilib ki, çoxmərtəbəli binaların tam örtüklərinin dəyişdirilməsi diqqətdə saxlanılan məsələlərdəndir. Gəncənin əsas və ara küçələrinin asfaltlanması da gündəmdədir və bu iş mərhələli şəkildə həyata keçiriləcəkdir.

Görüşdə səsləndirilən bəzi problemlər yerindəcə öz həllini tapıb. Bir sıra müraciətlər isə araşdırılması üçün qeydiyyata alınıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT