Gəncə Dövlət Universitetində təhsil alan xarici ölkə vətəndaşları olan tələbələrlə görüş keçirilib

Gəncə Dövlət Universitetində təhsil alan xarici ölkə vətəndaşları olan tələbələrlə görüş keçirilib


Görüşdə çıxış edən universitetin rektoru, professor Yusif Yusibov tolerant və multikultural ənənələri ilə seçilən ölkəmizdə, həmçinin Gənə şəhərində əcnəbi tələblər üçün yaradılan şəraitdən söz açıb. Rektor multikulturalizm ənənələrinin Azərbaycanın dövlətçilik prinsiplərində aparıcı olmasının əsaslarının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Ötən tədris ilində Gəncə Dövlət Universitetində müxtəlif xalqlara mənsub 38 nəfər əcnəbi tələbənin təhsil almasını peşəkar mütəxəssis hazırlanması istiqamətində aparılan düzgün təbliğat kimi dəyərləndirib.

Bu il 18 nəfər əcnəbi tələbənin GDU-da təhsil almaq üçün müraciət etdiyini deyən rektor qeyd edib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilib. Məhz həmin qərara əsasən Gəncə Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr öz təhsillərini təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqaviləyə əsasən davam etdirəcəklər.

Ali təhsil müəssisəsinin keçdiyi tarixi inkişaf yolu, son illər elm və təhsil sahəsində qazanılan uğurları, çoxsaylı beynəlxalq əlaqələri və həyata keçirdiyi layihələri haqqında ətraflı məlumat verən rektor universitetdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin təhsili və ehtiyacları ilə yaxından maraqlanaraq onlara təhsillərində uğurlar diləyib.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə əcnəbi tələbələrə universitet seçimində yanılmadıqlarını qeyd edərək, düzgün istiqamətdə irəliləməkdə onlara daim yardımçı olacaqlarını vurğulayıb.

Bildirilib ki, Gəncə Dövlət Universitetinin fiziki şəxslərlə birbaşa bağladığı müqaviləyə əsasən bu il Türkiyə, Özbəkistan, Qırğızıstan, Rusiya və Gürcüstandan olan gənclər öz təhsillərini bu ali təhsil müəssisəsində davam etdirəcəklər.

Əcnəbi tələbələr universitetdə onların təhsil almaları üçün yaradılmış hərtərəfli şəraitə görə universitetin rektoru Yusif Yusibova, professor-müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT