Gəncədə türk iş adamlarına şərait yaradılacaq

Gəncədə türk iş adamlarına şərait yaradılacaq
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul edib. Görüşdə Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq münasibətlərindən söz açılıb, hər iki ölkənin regionları arasında olan əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Xüsusilə turizm, mədəni və iqtisadi sahələrdə əməli addımların atılacağı barədə razılığa gəlinib.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, hazırda xususi diqqət ayrılan istiqamətlərdən biri xarici sərmayədarların Gəncəyə cəlb edilməsi və bunun nəticəsində şəhərdə yeni iş yerlərinin açılmasıdır. Bu istiqamətdə türkiyəli iş adamları üçün müvafiq şərait yaradıla və lazımi dəstək verilə bilər.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk bir sıra təkliflərlə çıxış edib.

O bildirib ki, 29 oktyabrda Türkiyənin Respublika Günü münasibətilə Gəncədə tədbir və sərginin təşkili planlaşdırılır: “Sərgidə Osmanlı arxivlərində saxlanılan və Qafqazla əlaqəli olan sənədlər nümayiş etdiriləcək. XVI-XIX əsrləri əhatə edən sənədlərdə bölgə ilə bağlı bir sıra tarixi məlumatlar öz əksini tapıb. Həmin sənədlər daha sonra Türkiyənin Gəncədəki Baş konsulluğunun binasında nümayiş olunacaqlar. Sərginin Gəncədəki ali təhsil ocaqlarından birində də təşkil edilməsini arzu edərdik”, - deyə Zəki Öztürk bildirib.

Bundan başqa, Gəncənin “Kəpəz” futbol klubu ilə Türkiyənin hər hansı bir futbol komandası arasında yoldaşlıq görüşünün təşkili də təklif olunub. Baş konsul bildirib ki, bu, gənclər arasında olan dostluq və qardaşlıq əlaqələrin inkişafına xidmət edə bilər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT