Niyazi Bayramov Gürcüstanın Gəncədəki Baş konsulunu qəbul edib

Niyazi Bayramov Gürcüstanın Gəncədəki Baş konsulunu qəbul edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze ilə görüşüb. Səmimi söhbət şəraitində keçən görüşdə Azərbaycan – Gürcüstan arasında mövcud olan əlaqələrdən söz açılıb, dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.

Qeyd edilib ki, Gəncə Gürcüstanın Kutaisi şəhəri ilə qardaşlaşıb. Bu addım xalqlar arasında mövcud olan qədim dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan olub. Niyazi Bayramov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətdinin qədim İpək yolu üzərində yerləşən Gəncədən keçməsi ölkələr arasında olan əlaqələrin, xüsusi ilə də turizm sahəsində qurulan əməkdaşlığın inkişafına təkan ola bilər. Mamuka Balavadzenin diqqətinə çatdırılıb ki, Gəncənin investisiya mühiti, mədəni, sosial, turizm, infrastruktur və iqtisadi potensialı gürcüstanlı iş adamları üçün əlverilşi ola bilər. Qeyd edilib ki, gələcəkdə həyata keçiriləcək layihələr hər iki xalqın rifah halının daha da yaxşılaşmasına və inkişafına xidmət etməlidir.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT