Vətəndaşın səsi eşidilir, hüquqları müdafiə olunur - Rafiqe Sadiqova

İcra Başçısının qəbulundan
Vətəndaşın səsi eşidilir, hüquqları müdafiə olunur
Sadə vətəndaşın qayğılarını həssaslıqla dinləmək, onun həlli istiqamətində konkret addımlar atmaq şəhər İcra Hakimiyyəti rəhbərliyinin prioritet məsələlərindən biridir və sakinlərin problemlərinin həlli istiqamətində müvafiq addımlar atılır.
İcra başçısı Niyazi Bayramovun növbəti qəbul günü yenə də sakinlərin problemlərinin həlli ilə yadda qaldı. Ən ideal cəmiyyətdə belə insanları narahat edən problemlər mövcuddur. Dünənəcən yaşayış üçün çox əlverişli sayılan vasitə bugünkü inkişafla ayaqlaşmır. İnsanlar həyat şərtlərini maksimum səviyyədə qurmaq üçün cəhd göstərirlər. Əlbəttə, daha yaxşı yaşamaq arzusu ilə onları narahat edən problemlərin aradan qaldırılması üçün müraciətlər də edirlər. Bunu nəzərə alan şəhər rəhbərliyi sakinlərin problemlərini həll etmək, onlarla daha yaxından söhbət etmək üçün həftədə iki dəfə səyyar və fərdi qəbul günləri keçirir.
Payız fəslində günəşli havalar azalır, yağmurlu günlər başlayır. Havaya bulud gələndə təşvişə düşən ailələrin sayı çoxalır. Çünki Gəncədə 400-ə yaxın binanın dam örtüyü dəyişdirilməlidir. Bu iş mərhələlərlə həyata keçirilməlidir. Lakin bəzən son dərəcə çıxılmaz vəziyyət yarana bilir. Məhluqə Nağıyeva elə həmin məsələ ilə bağlı icra başçısı Niyazi Bayramovun fərdi qəbul gününə gəlmişdi. Vəziyyəti nəzərə alan icra başçısı həmin binanın dam örtüyü yenilənənə qədər vəziyyətdən çıxış yolu kimi mənzilin damının cari təmiri üçün tapşırıq verdi. Bu, Məhluqə Nağıyevanın ürəyincə oldu.
Gəncə şəhəri böyüyür. Yeni yaşayış sahələri salınır. İnsanlar fərdi evlərinə köçəndən sonra qaz, işıq, su problemləri yaranır. Hansı ki, evlər tikilməmişdən əvvəl bu məsələlər həllini tapmalıydı. Bax, bu zaman icra başçısının qəbul günü köməyə çatır. Sakinlər icra başçısının onların vəziyyətini başa düşəcəyini bildikləri üçün əminliklə qəbula gəlirlər. Cavad xan qəsəbəsinin yeni salınmış yaşayış sahəsinin sakini Tünzalə Əliyevanı da narahat edən həmin məsələ idi. İcra başçısı qəbulda iştirak edən müvafiq təşkilatların rəhbərlərinə ciddi tapşırıqlar verdi. Yaxın zamanlarda həyata keçiriləcək yeni infrastruktur layihənin icrası ilə bu məsələ tamamilə həllini tapacaqdır.
Əhalinin işlə təmin olunması bu gün ən inkişaf etmiş dövlətlərin belə tamamilə aradan qaldırılması mümkün olmayan bir məsələdir. İcra başçısının qəbul günlərində bu məsələ ilə bağlı müraciətlər maksimum həllini tapır.
Bəzən torpaq sahələri paylanarkən müvafiq sənədləşdirmə işləri yetərincə aparılmadığı üçün sonradan problem yaranır. Natiq Qurbanov və Elşən Əhmədovun müraciətləri də həmin məsələ ilə bağlı idi. Yenə də icra başçısı vətəndaşın köməyinə yetişdi. Nizami və Kəpəz bələdiyyə sədrlərinə konkret tapşırıqlar verildi.
Fazilə Atakişiyevanın çirkab su xəttinin nasazlığı ucbatından yaşadığı ərazidə yaranan antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı müraciəti də həllini tapan məsələlər içərisində idi.
Şəhər İcra Hakimiyyəti başçısının növbəti qəbul günü yenə də bir çoxlarının həyatına yüngüllük gətirdi, arzularını reallaşdırdı. Qəbulda iştirak edən 30 nəfərdən çox sakin onlara göstərilən köməyə görə ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

«Gəncənin səsi»

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT