Gəncə Şəhər İcra Hakimiyyətində növbəti fərdi qəbul

Gəncə Şəhər İcra Hakimiyyətində növbəti fərdi qəbul
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 30-a yaxın vətəndaşın şikayət və təkliflərini dinləyib.

Küçələrin gecə işıqlanması, çoxmərtəbəli binaların dam örtüklərinin yenilənməsi, yeni salınan qəsəbələrin qazlaşdırılması kimi məsələlər müraciətlərin əsasını təşkil edib.

Sakinlərə cavab olaraq bildirilib ki, Gəncədə hazırda 360-a yaxın çoxmərtəbəli binanın dam örtüyünün dəyişdirilməsinə ehtiyac var və bu iş mərhələli şəkildə aparılacaq. Şəhərin əsas yollarının asfalt örtüyünün yenilənməsi və həmin ərazilərdə yeni işıq dirəklərinin quraşdırılmasına isə artıq başlanılıb.

Qəbulda o da bildirilib ki, Gəncədə yeni qəsəbələrin yaranması ilə əlaqədar olaraq, mavi yanacaqla təmin olunmayan abonentlərin sayı artıb. Mavi yanacağın olmadığı ərazilərin qazlaşdırılması işlərinə növbəti ildən başlanılması planlaşdırılır.

Qəbulda işlə təminat, torpaq sahəsinin verilməsi və sair məsələlərlə bağlı edilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb. Bəzi şikayətlər isə araşdırılmaq üçün qeydiyyata götürülüb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT