Gəncə: həm nəzəri biliklərini artırır, həm də pul qazanırlar

Gəncə: həm nəzəri biliklərini artırır, həm də pul qazanırlar

Son illər Azərbaycan Dövlət Aqrar Universitetində bir-birindən maraqlı o qədər təşəbbüslər irəli sürülür ki, bəzən onların hamısı haqqında operativ məlumat vermək də olmur. İndi universitet həyatı beş-on il əvvəlki həyat deyil. O daha zəngin, maraqlı, yeniliklərlə dolu bir həyatdır. Ən maraqlı, səmərəli təşəbbüslərin rektorluq tərəfindən daim müdafiə olunması, ona şərait yaradılması və konkret kömək göstərilməsi tələbələri daha fəal edib.

Bu günlərdə daha bir təşəbbüs hamının böyük marağına səbəb olub. Aqronomluq fakültəsinin 100 nəfərdən artıq tələbəsi ölkədə pambıq yığımının başlanılması ilə əlaqədar pambıqçıların yanında olmaq, onlara dəstək nümayiş etdirmək, auditoriyalarda əldə olunan nəzəri bilikləri təcrübədə möhkəmləndirmək, tətbiq olunan innovativ texnologiyalarla yaxından tanışlıq məqsədilə pambıq yığımı prosesinə qoşulub, Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin sahəsində olub.

İndi tələbələr həm nəzəri biliklərini artırır, həm də 1 kiloqram pambığa 20 qəpik pul qazanırlar. Hər həftənin şənbə günü pambıq yığımına qoşulan tələbələr bu işin onlar üçün hərərəfli səmərəli olduğunu deyirlər.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT