Gəncədə şəhər icra hakimiyyətinin başçısı vətəndaşların səyyar qəbulunu keçirib

Gəncədə şəhər icra hakimiyyətinin başçısı vətəndaşların səyyar qəbulunu keçirib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb. Görüşdə Prezident Administrasiyasının Ərazi Təşkilat Şöbəsinin sektor müdiri Vəfadar Bağırov da iştirak edib.

Qəbulda 80-ə yaxın sakinin müraciəti dinlənilib. Heydər Əliyev prospekti, 103 ünvanında baş tutan görüşdə Gəncənin müxtəlif ərazilərindən gələn sakinlərin şikayət və təkliflərinə baxılıb. Ara küçələrin asfaltlanması, bəzi istiqamətlər üzrə işləyən avtobusların marşrut xəttlərinin uzadılması, küçələrin gecə işıqlanmasının yaxşılaşdırılması, işlə təminat, fərdi yaşayış evlərinin təmiri, ticarət obyekti və fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin verilməsi, bəzi ərazilərdə əhalinin su təminatının yaxşılaşdırılması kimi məsələlər müraciətlərin əsasını təşkil edib.

Sakinlərə cavab olaraq bildirilib ki, Gəncənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin yekunlaşdığı küçələrdə asflat örtüyünün yenilənməsinə başlanılıb. Buna paralel olaraq həmin küçələrin gecə işıqlanması da yenidən qurulacaq. İşlə bağlı müraciət edən vətəndaşlar müfaviq olaraq Gəncə şəhər Kəpəz və Nizami rayon Məşğulluq mərkəzlərinə yönləndiriliblər. Ticarət obyekti və fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin verilməsini istəyən sakinlərə isə izah olunub ki, onlar Kəpəz və Nizami rayon Bələdiyyələrinə müraciət etməlidirlər. Niyazi Bayramov səsləndirilən digər məsələlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq keçirilən qəbulların məqsədi vətəndaşların problemlərini öyrənmək və onları həll etməkdir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT