Gəncədə Türkiyənin Cümhuriyyət bayramı qeyd edilib

Gəncədə Türkiyənin Cümhuriyyət bayramı qeyd edilib

Gəncədə Türkiyə Cümhuriyyətinin elan olunmasının 95-ci ildönümünə həsr olunan tədbir keçirilib. Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbirdə dostluq və birlik mesajları verilib.

Türkiyə Cümhuriyyətinin elan olunmasının 95-ci ildönümünə həsr olunan tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə rəhbərləri və şəhər ziyalıları iştirak ediblər.

Gəncə Dövlət Filarmoniyasının foyesində “Türk-Osmanlı arxivlərində Qafqaz” adlı sərginin açılışı olub. Sərgidə Türkiyə arxivlərində saxlanılan və bir başa Qafqaz, o cümlədən Azərbaycanla bağlı olan məlumatlar, aparılan yazışmalar, məktublar və bir sıra başqa sənədlər öz əksini tapıb.

Tədbirin rəsmi hissəsi Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 95-ci ildönümü münasibətilə video müraciəti izlənilib.

Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk çıxış edərək, türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Cümhuriyyətinin bugünkü inkişaf və tərəqqisindən danışıb. Zeki Öztürk: “Türkiyədə hazırda ikiqat bayram yaşanır. Bilirsiniz ki,İstanbulda dünyanın ən böyük aeraportunun açılışı baş tutub. Bu bizim üçün çox böyük əhəmiyyət kəsb edir”. Zeki Öztürk Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin inkişafında Gəncə şəhərinin də rolundan danışıb. Gəncənin Azərbaycan Xalq Cümhuriyyətin ilk paytaxtı kimi tarixi önəmindən, qardaş ölkəyə dəstək vermək məqsədi ilə Nuru Paşanın öz silahdaşları ilə məhz Gəncəyə gəlməsindən, burada onlara göstərilən isti münasibətdən söz açıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyə Cümhuriyyətinin elan olunmasının 95-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Türkiyəyə davamlı sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıb.Niyazi Bayramov bildirirb ki, Azərbaycan-Türkiyə münasibətləri milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Ölkələrimiz və xalqlarımız arasında möhkəm tərəfdaşlığa Azərbaycanın Gəncə şəhəri ilə Türkiyənin şəhərləri arasındakı əməkdaşlıq da öz töhfəsini verməkdədir.

Çışıxlardan sonra Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrının ifasında Azərbaycan və Türk musiqisi nümunələri səsləndirilib. Gəncə Musiqi Kollecinin tələbələrinin təqdim etdiyi rəqs nümunəsi hər kəsin zövgünə oxşayıb.

Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT