Gəncə məktəbliləri Cənub bölgəsinə yola düşüblər

Gəncə məktəbliləri Cənub bölgəsinə yola düşüblər
Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası davam edir. Bu gün Gəncədən olan məktəblilər Cənub bölgəsinə yola düşüblər.

Yola düşməzdən əvvəl şagirdlər ulu öndər Heydər Əliyevin Gəncənin baş meydanında olan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Gəncə Şəhər Təhsil İdarsənin rəisi Zakir Hüseynov məktəblilərlə görüşüb, onlara uğurlar arzu ediblər.

18 nömrəli tam orta məktəbin şagirdi Ruzi Hüseynov: “Bu tur-aksiyada iştirak edən şagirdlərin siyahısında olduğum üçün çox şadam. Azərbaycanın cənub rayonlarını görmək, oranın tarixi və mədəniyyəti ilə tanış olmaq mənim uşaqlıq arzularımdan biri idi. Bu gün bizə bu şansı yaratdıqları üçün ilk növbədə ölkə rəhbəri, Prezident İlham Əliyevə və bu aksiyanın təşkilatçılarına öz minnətdarlığımı bildirirəm”.

4 nömrəli tam orta məktəbin şagirdi Şirin Nəbizadə: “Biz ölkəmizin ən gözəl güşələrindən biri olan Cənub bölgəsinə yola düşəcəyik. Bu fürsəti və imkanı bizə verdiyi üçün möhtərəm Prezidentimiz İlham Əliyevə təşəkkür edirik. İlk dəfədir ki, Lənkəran, Masallı və Astara rayonlarında olacam. Oranın tarixi abidələri, mədəniyyət nümunələri ilə tanışlıq düşünürəm ki, maraqlı olacaq”.

Şagirdlər müəllimləri tərəfindən təlimatlandırıldıqdan sonra yola düşüblər.

Qeyd edək ki, 3 gün ərzində Gəncənin 20 orta məktəbindən şeçilən 40 şagird Masallı, Lənkəran və Astara rayonlarına səfər edəcək, bu bölgənin tarixini, adət-ənənəsini öyrənəcəklər. Səfər çərçivəsində onları 4 müəllim və 1 həkim müşayət edəcək.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT