Gəncədə daha 50 çoxmənzilli binanın dam örtüyü dəyişdiriləcək

Gəncədə daha 50 çoxmənzilli binanın dam örtüyü dəyişdiriləcək
Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Gəncədə daha 50 çoxmənzilli binanın dam örtüyü dəyişdiriləcək. Azərbaycanın 5 şəhər və rayonunda 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 21 685 830 manat vəsait ayrılıb ki, onun da 247 257 manatı Gəncə şəhərinin payına düşür.

Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini Mikayıl Zeynalovun sözlərinə görə hazırda şəhərin Şeyx Bahəddin və Üzeyir Hacıbəyov küçələrində olan çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsinə başlanılıb. “Bu 50 binada işlər yekunlaşdıqdan sonra Gəncədəki bütün 9 və 5 mərtəbəli binaların tam örtükləri tam dəyişdirilmiş olacaq. Bu binaların 2-si 9, 1-i 8, digərləri isə 5 mərtəbəlidir”, - deyə Mikayıl Zeynalov qeyd edib.

O bildirib ki, növbəti mərhələdə isə 2 və 3 mərtəbəli çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi nəzərdə tutulur: “Bunlar da əsasən əvvəllər Gəncə Şəhər Dövlət Dəmiryol İdarəsinin balansında olan binalardır. Onlar da artıq Gəncə Şəhər İcra Hakimiyyətinin balansına verilib və yaxın zamanlarda həmin binaların dam örtüklərinin təmiri həyata keçiriləcəkdir".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Həbs olunmuş dünya çempionuna atmaca:
Həbs olunmuş dünya çempionuna atmaca: - Orada şeir yazarsan
Arvadını döydüyü üçün həbs edilən budo döyüş idman növü üzrə dünya
Gələn həftə hava kəskin soyuyacaq
Gələn həftə hava kəskin soyuyacaq
Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun təltif
reklam
Narkoloji Mərkəzdəki “yanğın işi”:
Narkoloji Mərkəzdəki “yanğın işi”: - İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım?
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla
Venesuelaya qarşı yeni sanksiyalar
Venesuelaya qarşı yeni sanksiyalar
ABŞ Venesuela hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu haqda ABŞ
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
Qohumlar birləşib, zavodun 75 min manatını “əritdi”
İsmayıllıda istehsalat müəssisəsində dəfələrlə oğurluq edən dəstə
 
XİA.az - TƏQDİMAT