Gəncənin Xan bağında idman meydançası salınıb

Gəncənin Xan bağında idman meydançası salınıb

İdman meydançası Xan bağının yuxarı hissəsində, Yaşıl teatrın yanında yaradılb. Meydançada müxtəlif növ idman qurğuları quraşdırılıb, yerə şahmat lövhələri vurulub. Hər yaş təbəqəsindən insanlar burada rahatlıqla idmanala məşğul ola bilirlər. Qurğular xüsusi ilə səhərlər Xan bağında idmanla məşğul olan sakinlərin marağını çəkib

Ganjanews.az saytı bununla bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Quliyev Şahmar hesab edir ki, parkda yaradılan bu idman meydançası hər kəs üçün faydalıdır: “Qocalar, cavanlar səhər-axşam gəlirlər burada idman edirlər, öz sağlamlıqlarının keşiyində dururlar. Vaxt olduqca mən özüm də burada quraşdırılan idman qurğularından faydalanıram. Çox gözəl təşəbbüsdür”.

“Biz gənclərin sağlam həyat tərzi yaşaması üçün idmanla məşğul olmaq vacibdir. Lakin idman zalları müəyyən ödəniş tələb etdiyi üçün oralara tez-tez gedə bilmirik. Burada demək olar ki, idman zallarında olan bütün qurğulardan var. Biz də heç bir vəsait ödəmədən hər gün gəlib məşq edirik“, - bu fikirləri isə idmanı həyatının ayrılmaz bir hissəsi hesab edən Elvin Mehdiyev səsləndirib.

İdman meydançası məktəblilərin də ürəyincə olub. Minnur Hüseynov deyir ki, hər gün dərs bitdikdən sonra dostları ilə birlikdə bura gəlir: “Biz burada salınan meydançanı çox bəyənirik. İstədiyimiz vaxt rahat şəkildə idmanla məşğul ola bilirik”.

Tək müsahiblərimizin sözləri yox, apardığımız müşahidələr də onu deməyə əsas verir ki, burada yaradılan şərait sakinlərin ürəyincədir. Xan bağında olduğumuz zaman sakinlərin buraya gələrək idman qurğularından istifadə etdiklərinin biz də şahidi olduq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
Türk siyasətçi Ankara-İrəvan münasibətlərinin qurulması şərtini açıqlayıb
“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən İrəvanla Ankara arasında
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl qoşulub qaçan qadın ölüb
Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
MTRŞ-dan açıqlama: “Röya söyüşə görə cəza almayacaq”
“Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə
reklam
Qan donduran hadisə
Qan donduran hadisə - Öldürdüyü 63 pişiyi soyuducuda saxladı - VİDEO
Amerikanın Minnesota əyalətində baş verən qan donduran hadisə eşidənlərin
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Gömrükdə avtomobildən 3000 ədəd siqaret aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Gömrükdə narkotik vasitə - marixuana aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid
 
XİA.az - TƏQDİMAT