Gəncədə aztəminatlı ailələrə bayram sovqatları verilib

Gəncədə aztəminatlı ailələrə bayram sovqatları verilib
Heydər Əliyev Fondu tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanılır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir.

Heydər Əliyev Fondunun müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 23-dən etibarən respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə çatdırılmağa başlanılıb.

Belə bayram süfrəsi dekabrın 26-də Gəncədə təşkil olunub və 7.500 şəxsi əhatə edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Elnur Rzayev Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən tədbirin iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. O, hər il Heydər Əliyev Fondu tərəfindən şəhərdə təşkil olunan belə tədbirlərin əhalinin sosial müdafiəsi baxımından əhəmiyyətini vurğulayıb.

YAP Gəncə şəhər Təşkilstının sədri, Millət Vəkili Naqif Həmzəyev çıxışında hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, daim aztəminatlı ailələrin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib. Bildirib ki, layihə Heydər Əliyev Fondu tərəfindən vətəndaşlarımıza bir bayram hədiyyəsi olmaqla yanaşı, həm də ailələri bayram süfrəsi arxasında həmrəy olmağa səsləyən rəmzi məna daşıyır.

Sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib. Aztəminatlı ailələrə Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Gəncədə iki bacının ölüm səbəbi bilindi
Gəncədə iki bacının ölüm səbəbi bilindi - QƏTL
Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə
Ordumuzdan ermənilərə Qarabağda sarsıdıcı zərbə - Düşmən itkiləri açıqladı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ermənistan Müdafiə Nazirliyinə hücum
Ermənistan Müdafiə Nazirliyinə hücum - atışma baş verib
Sərxoş sürücü "Opel" markalı" avtomobilini Müdafiə Nazirliyinin binasının
reklam
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır
Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır - VİDEO
Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə
Günay İbrahimli:
Günay İbrahimli: - “Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub”
Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə
Həyat dərsi
Həyat dərsi
XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı
 
XİA.az - TƏQDİMAT