Şəhid qızınının ölümü - işdən qovulan müstəntiq məhkəmədə dindirildi

Şəhid qızınının ölümü

Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gün sonra isə polisə təslim olan gənc hakim qarşısına çıxarılıb. O, iş adamının oğludur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhimov Rəhim Akif oğlunun cinayət işi üzrə məhkəmə iclası davam edib. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılıb.

Məhkəmədə şahid qismində Vüqar Abbasov şahid dindirilib. Vüqar Abbasov bildirib ki, bir müddət əvvəl işlədiyi vəzifədən sərəncama götürülüb.

"Rəhimi cinayət işinin istintaqı zamanı tanımışam. Hadisə olan vaxtı Səbail rayon Polis İdarəsində müstəntiq vəzifəsində çalışırdım. Hadisə noybarın 8-də baş verib. Məlumat daxil oldu. Dərhal hadisə yerinə getdim. Ora çatanda hadisə yerini mühafizə elədim. Maşının üstündə nömrə yox idi. Axtarış elədim. Nömrə baqajdan çıxdı. Polislərdən soruşdum, dedilər, sürücü yoxdur. Daha sonra Əmrulla adlı bir şəxs çıxdı. Dedi ki, hadisəni törətmişəm. Birinci meyiti morqa apardıq. Sonra idarəyə getdim. Əmrullanı dindirdim. Onun yalan danışdığımı bildim. Dərhal sonra cinayət işi açdım"- deyə şahid bildirib.

V.Abbasovun işdən çıxarılması ilə bağlı fevralın 12-də musavat.com məlumat vermişdi.

Müstəntiqin işdən çıxarılmasına səbəb vəzifə borcunu yerinə yetirərkən ciddi nöqsanlara yol verməsidir. Belə ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı törədən şəxsin Rəhim Rəhimov yox, onların ailə sürücüləri olan Əmrulla Şahbazov olduğu göstərilib.

Əmrulla Şahbazovdan qəzanı törətdiyini etiraf edən ifadə də alınıb. Lakin qəza ilə bağlı xəbər ictimailəşəndən, mərhumun ailə üzvlərinin şikayətindən sonra iş yenidən araşdırılıb. Hadisə şahidləri qəzanı törədən şəxsin gənc oğlan olduğunu görməsi istintaqın axarını dəyişib. Qəza ilə bağlı açılan cinayət işi Vüqar Abbasovdan alınıb. Yeni istintaqla müəyyən edilib ki, qəzanı məhz Rəhim Rəhimov törədib.

Məhkəmənin davamında Vüqar Abbasov bildirib ki, işlə bağlı araşdıran zaman Rəhim Rəhimov əməlini etiraf edib.

Suallara cavab verən keçmiş müstəntiq qeyd edib ki, hadisədən xeyli sonra qəza barədə idarəyə məlumat verilib.

"Hadisədən bir saat sonra bizə deyilib. Mən hadisə yerinə gedəndə artıq çox sayda polis əməkdaşları var idi. 4 YPX maşını hadisə yerində idi. Təcili yardım da gəlib-getmişdi. Lakin meyiti aparmamışdılar. Meyiti mən aparmışam"- deyə şahid söyləyib.

V.Abbasov bildirib ki, hadisə şahidləri qəzanı cavan uşaq törətdiyini deyiblər: "Mən soruşsam da, həmin cavan oğlanı tapa bilmədik. Polis nəfəri də mənə yaxınlaşıb qəzanı törədən şəxsin burda olduğunu dedi. Maşınlara, ətrafa baxdıq, amma Rəhim ortalıqda yox idi".

Suallara cavab verən müstəntiq qeyd edib ki, Rəhim Rəhimov hadisənin 20 gün sonra könüllü şəkildə təslim olib.

V.Abbasov söyləyib ki, Rəhim Rəhimov ilkin dindirilmə zamanı əməlini etiraf etmirmiş: "Sadəcə istintaqa cəlb olundu. İlkin ifadəsini aldıq. Sonda hadisəni törətdiyini etiraf etdi. O vaxta qədər Rəhim Rəhimov axtarışa verilmişdi. Çünki rəhbərliyə məruzə edilmişdi. Atası ilə bir neçə dəfə danışıq. Bildirdik ki, Rəhimi gətirsin. Bu birinci gündən belə olub".

Keçmiş müstəntiq bildirib ki, sonra Rəhim Rəhimovun atası könüllü şəkildə idarəyə gəlib və qəzanı oğlunun törətdiyini etiraf edib: "Atasına bildirdik ki, oğlunu gətirsin. Noyabrın 14-də axtarışa verdik, 20-də gəldi".

Müstəntiqin sonradan dedikləri isə daha maraqlı olub. O, iş adamı Arif Rəhimovla görüşdüyünü deyib.

"Rəhim istintaqa gələnə qədər onun atası Arif ilə 2-dəfə iş yerində görüşdük. İkinci dəfə görüşümüz zamanı oğluna kömək etməyimi istədi. Lakin biz istintaqın maraqları ilə hərəkət etdik. Axtarışa veriləndən sonra evlərinə və universitetə əməliyyatçılar getdi. Lakin həmin yerlərdə tapılmadı".

Rəhim Rəhimov isə bildirib ki, hadisəni törədəndən sonra hər gün univeristeyə gedib.

O, əməliyyatçıların universitetə gəldiklərini də təsdiqləyib. Amma əməliyyatçılar onu yox, dostlarını aparıblar: "Mənim davamiyyətimə baxa bilərsiz. Bir dəfə əməliyyatçılar gəldi. İki dostumu yanımdan apardılar ifadə almağa. Lakin mənə heç kim heç nə demədi".

İttihama görə, R.Rəhimov ölümlə nəticələnən qəza törətmə və hadisə yerindən qaçmaqda təqsirləndirilir.

R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın yanında baş verib.

R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.

3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov "Xırdalan Xəz" ATSC-nin rəhbəri, qardaşı Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Energetika Nazirliyinin kollegiyasının tərkibi dəyişdirildi
Energetika Nazirliyinin kollegiyasının tərkibi dəyişdirildi
Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Energetika Nazirliyinin
Prezident nekroloq imzaladı
Prezident nekroloq imzaladı
“Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının
reklam
Suriya ordusu Afrinə girdi
Suriya ordusu Afrinə girdi - Türkiyə ilə dəhşətli döyüş BAŞLANIR
"Afrin bölgəsinin Türkiyə sərhədinə qədər olan ərazisi Şam qüvvələrinin
Abşeronda ağır qəza:
Abşeronda ağır qəza: - ölən və yaralanan var - VİDEO
Fevralın 16-da saat 12 radələrində Abşeron rayonunun Saray qəsəbəsində
Ukrayna tezliklə dağıla bilər
Ukrayna tezliklə dağıla bilər - Saakaşvilidən qorxunc proqnoz
“Ukrayna getdikcə oliqarxların iqtisadi maraqları ucbatından böyük mafioz
 
XİA.az - TƏQDİMAT