10 Mart - Milli Teatr Günüdür - VİDEO

10 Mart - Milli Teatr Günüdür
Bu gün Azərbaycan teatrı yaranmasının 145-ci ildönümünü qeyd edir.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

Xalq artisti Nurəddin Mehdixanlı deyir ki, bu gün həm də teatr sevənlərin bayramıdır.

56 ilini teatra həsr edən xalq artisti Rafiq Əzimov deyir ki, bu illər ərzində bir kitab yazılası unudulmaz xatirələləri var. O bildirir ki, illərin təcrübəsinə baxmayaraq indinin özündə də tamaşaçı qarşısına çıxdıqda həyəcanlı olur.

Digər sənətlərlə müqayisədə teatr daha canlı, orqanik və proqressiv hesab edilir. Həm tamaşaçı, həm də aktyor eyni tamaşanı fərqli vaxtlarda müxtəlif cür qavraya və yaşaya bilər.

Əməkdar artist Sabir Məmmədov isə deyir ki, aktyor üçün ən çətini tamaşaçı sevgisini qazanmaqdır. Aktor üçün ən dəyərli şey tamaşa bitdikdən sonra tamaçaşıların alqışıdır.

Aktyorlar bildirirlər ki, Azərbaycan teatr sənəti getdikcə daha da inkişaf edəcək və ölkə mədəniyyətinin ayrılmaz parçası olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT