BMT-dən "ASAN xidmət"ə dəstək - QƏTNAMƏ QƏBUL EDİLDİ - VİDEO

BMT-dən "ASAN xidmət"ə dəstək
BMT-nin İnsan Hüquqları Şurasında "ASAN xidmət"ə dəstək ifadə olunub.

Xezerxeber.az-ın məlumatına görə, BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 37-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və davamlı ınkişaf məqsədlərinin təşviqi" adlı qətnamə yekdilliklə qəbul edilib.

Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən biri hesab edilən "ASAN xidmət" konsepsiyasına əsaslanan "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması" prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir. Qəbul edilmiş qətnamədə dövlət xidmətlərinin texnoloji yeniliklər və innovativ yanaşmalar vasitəsilə çatdırılmasının insan hüquqlarının müdafiəsinə verdiyi töhfə vurğulanır və bu sahədə uğurlu modellər təsis etmiş BMT-nin üzv ölkələri öz təcrübələrini digərləri ilə bölüşməyə dəvət olunur.

Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli, səmərəli və vətəndaşların ehtiyaclarına adekvat şəkildə çatdırılmasının insan hüquqlarının müdafiəsində və korrupsiyanın qarşısının alınmasında oynadığı mühüm rolu qeyd edən qətnamə, dövlət xidmətlərinin göstərildiyi əsas mərkəzlərdən uzaqda məskunlaşmış vətəndaşların bu xidmətlərə əlçatanlığının artırılması məqsədilə mobil xidmət mərkəzlərindən və elektron tətbiqlərdən istifadənin əhəmiyyətini vurğulayır.

Qətnamə, həmçinin 2015-ci ildə "ASAN xidmət"in təltif edildiyi "BMT-nin Dövlət Xidmətləri Mükafatı"nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir, BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır.

Ölkəmiz tərəfindən irəli sürülmüş bu qətnaməyə BMT-nin bütün coğrafi və siyasi qruplaşmalarını təmsil edən 87 dövlət həmmüəllif qismində qoşulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT