AAYDA-də Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib - VİDEO

AAYDA-də Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra tədbir Dövlət Agentliyinin akt zalında davam etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi sayəsində Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinin ölkə daxilində və xaricində böyük təntənə ilə qeyd edildiyini bildirib.

Saleh Məmmədov milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa vaxt ərzində həyata keçirdiyi islahatlar, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlardan, dövlətçiliyimizin möhkəmləndirilməsindən, müstəqil ölkəmizin uğurlarından, həmçinin demokratik Cümhuriyyətin süqutu səbəblərində danışıb. Qeyd edilib ki, bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməmiş və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etmişdir.

Azərbaycan Respublikasının da müstəqilliyin ilk illərində böyük təhlükə ilə üzləşdiyini qeyd edən İdarə Heyətinin sədri dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin xilas olduğunu, sabit inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb.

Ulu Öndərimizin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözlərini xatırladan Saleh Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır.

Saleh Məmmədov vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.

Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir, eləcə də respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bu gün 42 dərəcə isti olacaq
Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi
Düşmən atəşkəsi 101 dəfə pozub
Düşmən atəşkəsi 101 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün
reklam
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Avtobus qəzasında 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
6 ayda 240 mindən çox it peyvənd olunub
6 ayda 240 mindən çox it peyvənd olunub
Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı
 
XİA.az - TƏQDİMAT